"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ANAMIN ADI

02 Dekabr 2015 - 09:06
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

leman
Bəlkə də bu yazını heç yazmayacaqdım. Bəlkə də anamın adının mənası məni bu qədər düşünməyə vadar etməyəcəkdi. Əlbəttə ki, əgər Nazirlər Kabineti yanında Terminologiya Komissiyası 217 adı ləğv etməsəydi və o adlardan da biri mənim anamın adı olmasaydı. Yox, anamın adı nə Kolxozdu, nə Şüşəbənd! Amma etiraf edim ki, anam uzun illər kolxozda can qoyub, şüşə kimi də qəlbi var. Yəni hətta adı bu adlardan da olsaydı, yenə mənim anamdı, adına da qurban, özünə də! Mənim anamın adı Zalikədir. Terminologiya Komissiyasının ləğv etdiyi 217 ad siyahısında sonuncudan əvvəlinci ad. Düzdür, uşaq vaxtı bir dəfə anamdan soruşmuşdum ki, adının mənası nədir? Anam mənasını deyə bilməsə də, hardan götürüldüyünü şəstlə söyləmişdi. Qurandan verilib bu ad mənə – demişdi. “Xalanın da ( xalamın da adı Malikədir), mənim də adımı atam Quran kitabından qoyub “söyləmişdi.. Həqiqətən də Müqəddəs Quranın bir neçə surəsində Zalikəyə də rast gəlinir, Malikəyə də. Malikənin mənası malik olandır, Zalikənin mənası bu deməkdir. Bu-yəni şəxs əvəzliyi. İndi Terminologiya Komissiyası rəhmətlik Malikə xalamın ruhunu incitməyib, amma anamın adını yararsız adlar siyahısına salmaqla məni incik salıb. Deməli, sabah mənim oğlum ata olanda öz qızına nənəsinin adını verə bilməyəcək?! Maraqĺdır, Terminologiya Komissiyası bu adların məqsədəuyğun olmadıını hansı meyarla müəyyən edir? Hansı arqumentə görə Zalikə adı pis, tutaq ki, Naqif adı yaxşıdır? Səslənməsi qulağı deşmir. Sözün kökündə Zal var. Ta Rüstəmi Zaldan tutmuş müasir Zalovlara qədər nə çox adam tanyırıq ki, mənim anamla ad qohumudur?! Mənasına gəlincə, yenə deyirəm, Zalikə “bu” deməkdir. İndi o, bu çıxıb deyəndə ki, bu ad işə yaramır, qalırsan məəttəl. Düşünürəm ki, Terminologiya komissiyasında heç bu adın mənasını bilən də yoxdur. Eləcə, kor koranə o siyahıya basıblar gedib. Əks halda siyahıda gərək bu adın kişi qarşılığı Zalik də olaydı, mənsə bu ada rast gəlmədim.Qısası, sözümün canı bu ki, terminoloqlar malı m(z)ala qatıblar. Nə əsasla, bilmirəm?! Adının qara siyahıya düşməsindən Anamın xəbəri yoxďur. 75 ildə adının mənasından xəbəri olmadığı kimi. Sabah bilsə də əminm vecinə olmayacaq. Cavabı da təxminən mənə bəllidir.”Ay bala, bir keçi ömrüm qalıb, mən öləndən sonra nəyimə lazımdır ad-zad” Amma mənə lazımdır. Adıyla, daďyla, hər zadıyla o mənim anamdır!Toxunmayın onun adına!
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putindən şok qərar — Türkiyə sərhəddinə ordu göndərir

Next Post

İqtidar Nardaranı dalandan çıxarır – “xilas əməliyyatı”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

İqtidar Nardaranı dalandan çıxarır - “xilas əməliyyatı”

Ərdoğan: "Moskvanın mövqeyi diplomatiyadan kənardir"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.