Bakı şəhər Baş Polis İdarəsi yolda vurulan ana və qızı barədə məlumat yayıb
Bakı şəhər Baş Polis İdarəsi yolda vurulan ana və qızı barədə məlumat yayıb.
Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 17:45-də, Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Seyid Seyidov idarə etdiyi “Opel” markalı avtomobillə 1977-ci il təvəllüdlü Vəfa Sadıqovanı və qızı 2002-ci il təvəllüdlü Fərqanə Sadıqovanı vurub.
Xəstəxanaya yerləşdirilən V.Sadıqova orada ölüb. F.Sadıqovanın vəziyyəti isə qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
ANS PRESS



