"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Anar Məmmədov avtomobillərini ölkədən çıxarır-FOTOLAR

03 Yanvar 2016 - 09:54
in aktual-banner, Banner

image here

Nazir oğlunun qiyməti milyonlarla ölçülən maşınlarının olduğu bildirilir

Nəqliyyat naziri Ziya Məmmədovun başının üstündə dolaşan qara buludlar, deyəsən, sıxlaşmaqdadır.

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

AFN.az xəbər verir ki, bu barədə düşünməyə Z.Məmmədovun, həmçinin onun ailə üzvlərinin daşınar və daşınmaz əmlakı ilə bağlı verdikləri qərarlar vadar edir. Belə ki, məlumatlı mənbənin saytımıza verdiyi xəbərə görə, indi də nazirin oğlu Anar Məmmədov özünün avtomobillərini ölkədən xaricə çıxarmağa başlayıb. Onun avtomobil parkında çoxlu sayda bahalı maşınların olduğu bildirilir (bununla bağlı müəyyən dəqiqləşmələr apardıqdan sonra ətraflı məlumat verəcəyik-red.). Hətta o da qeyd edilir ki, onun avtomobillərinin toplam qiyməti milyonlarla ölçülür. A.Məmmədovun bahalı avtomobil həvəskarı olduğu da danışılanlar arasındadır.
Məsələn, bir müddət əvvəl onun 750 min avroya xüsusi “Rang Rover” yığdıraraq ölkəyə gətirmək istəməsi, lakin ölkə rəhbərliyinin 250 mindən bahali avtomobillərin ölkəyə buraxılmaması ilə bağlı göstərişinə uyğun olaraq, gömrükdən geri qaytarılması məsələsi xeyli gündəmdə oldu. Həmin avtomobilin A.Məmmədovun Türkiyədəki villasının həyətində saxlandığı bildirilirdi.
Qeyd edək ki, avtomobil sifarişlə Mançester şəhərində zavodda hazırlanıb. Oradan Almaniyanın Ştutqard şəhərinə BMV-nin zavoduna gətirilib. Avtomobil zavodda salonu “X 6″ olmaqla eksklüziv yığılıb. Həmin avtomobildən dünyada cəmi 3 dənə olduğu bildirilir.
Nazir oğlunun toy karvanında ən bahalı avtomobillərin olması da onun bahalı maşın həvəskarı olması xəbərini doğrulayan məqamlardan biri kimi xeyli müddət müzakirə mövzusu olmuşdu.
Nəqliyyat naziri Ziya Məmmədova məxsus “Evim” restoranının da satışa çıxarılması haqda bir müddət əvvəl media yazmışdı. Bildirilirdi ki, restoran Bakı Beynəlxalq Avtovagzalı ilə üzbəüz 10 sotun icində tikilib və xususi dizaynla təmir olunub. Umumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 boyuk zalı, 3 kabineti , həyətdə 4 kabineti və acıq verandası var. Əmlak alqı-satqısı saytlarından birində satış elanı verilən restoranın nəqliyyat nazirinə məxsus olması haqda mediaya məlumat elə nazirin yaxın ətrafı tərəfindən ötürülmüşdü.

Bu günlərdə isə Ziya Məmmədovun Göyçay rayonunun Hüngütlü kəndindəki dəbdəbəli villasını satdığı barədə xəbər yayıldı. Bildirilir ki, villanı alan Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun bacısı Kəmalə Əhmədovadır. Villanın neçəyə satılması barədə heç bir məlumat olmasa da, mənbə nazirin xeyli sayda əmlakını satışa çıxardığını bildirir.

Adının çəkilməsini istəməyən ekspert bizimlə söhbətində nazirin əmlakını satışa çıxarmasının obyektiv və subyektiv səbəblərinin ola biləcəyini qeyd etdi: “Bu, onun “vurulması” ilə də bağlı ola bilər, devalvasiya ilə də. Amma nəzərə alsaq ki, digər məmurlar bu məqamda belə addımlar atmırlar, o zaman devalvasiya ilə əlaqəsinin az olduğu təsəvvürü yaranır. Görünür, nəqliyyat nazirinin bir müddət cənab prezidentin ətrafında görünməməsi və bunun nazirin “vurulması” ilə bağlı olması haqda mediada özünə yer alan şərhlər həqiqətə daha yaxındır. Çox güman ki, Z.Məmmədov artıq başı üzərindəki qara buludları görür və hansısa önləmə tədbirləri almağa çalışır”.

P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

Anar Məmmədov avtomobillərini ölkədən çıxarır-FOTOLAR

Anar Məmmədov avtomobillərini ölkədən çıxarır-FOTOLAR

Anar Məmmədov avtomobillərini ölkədən çıxarır-FOTOLAR

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Üfüqdə görünən xaos: Xalq siyasi səhnəyə qayıdır?

Next Post

ANS-də kütləvi ixtisarlar, Xoşqədəmə ağır zərbə

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

ANS-də kütləvi ixtisarlar, Xoşqədəmə ağır zərbə

Dəhşətli Yaxın Şərq planı deşifrə oldu: İran və İŞİD...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.