"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Anatomiya muzeyinin ictimaiyyətə təqdimatı keçirildi – FOTOLAR

12 Yanvar 2018 - 15:27
in CƏMİYYƏT

Anatomya muzeyi ictimaiyyətə təqdim olunub – FOTOLAR

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Yanvarın 12-də Azərbaycan Tibb Universitetində (ATU) Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə insan anatomiyası kafedrası və burada fəaliyyət göstərən Anatomiya muzeyinin ictimaiyyətə təqdimatı keçirilib. Belə ki, kafedranın yaranma tarixi AXC-nin dövrünə təsadüf edir.


Elchi.az
 xəbər verir ki, tədbirdə çıxış edən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, ATU-da insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski rəhbərlik etdiyi kafedra və burada fəaliyyət göstərən İnsan anatomiyası muzeyi barədə tədbir iştirakçılarına məlumat verib: “Ölkə başçısı İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə yaradılıb, bizim kafedra da öz fəaliyyətinə 1919-cu ilin əvvəllərində başlayıb. Bakı Dövlət Universitetində fəaliyyət göstərən tibb fakültəsinin əsasında, Tibb Universitetinin açılışı da 1919-cu ilə təsadüf edir. Muzey haqqında onu deyə bilərəm ki, bu bir tədris muzeyidir. Tələbələr meyitlər üzərində işləyə bilmədikdə bu muzeydə saxlanılan eksponatlardan istifadə edirlər. Muzey 2017-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən ictimai əsaslarla qeydə alınıb. ATU-da fəaliyyət göstərən bu muzey unikal hesab edilir. Belə ki, dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də eksponat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Onu da qeyd edim ki, ilk dəfə belə muzey hələ Hippokratın zamanında yaradılıb”.
Təqdimatda çıxış edən Milli QHT Forumunun prezidenti, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının İdarə Heyətinin üzvü Rauf Zeyni deyib: “Bildiyiniz kimi, ölkə Prezidenti tərəfindən aparılan islahatlar, burada cəmiyyətin öz töhfəsini verməsi, ictimai nəzarətin və şəffaflığın təmin olunması üçün bir neçə qurumlarda İctimai Şuralar yaradılıb. Bu, həm də QHT-lərlə dövlət qurumları arasındakı əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Belə Şuralardan biri də Tibb Universitetində fəaliyyət göstərir. Şura insan anatomiyası kafedrasının və burada fəaliyyət göstərən muzeyin ictimaiyyətə təqdim olunması təşəbbüsünü irəli sürdü və universitetin rektoru, professor Gəray Gəraybəyli buna dəstək verdi. Təqdimatın məqsədi kafedranın fəaliyyəti və tədris sistemi, o cümlədən muzey haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Bu, bir ilkdir və bunun müxtəlif dövlət qurumlarında davamının olacağına ümidvarıq”.
Milli Məclisin deputatı, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədri, həkim-qastroenteroloq İlham Məmmədov fəaliyyət göstərən muzey və onun tələbələr üçün əhəmiyyətini vurğulayıb: “Bu cür tədbirlərin keçirilməsi cəmiyyətin inkişafı, şəffaflığın artırılması baxımından çox vacibdir. Muzeyin fəaliyyəti isə tələbələrin tədris prosesində onlara çox böyük köməkdir. Bugünkü Tibb Universitetinin tələbələri Azərbaycanın sağlam gələcəyinin təminatçılarıdır.
Prezident İlham Əliyev tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçiliyimiz və onun inkişafı ilə bağlı atılan mühüm addım və tariximizə göstərilən qayğının təzahürüdür. Azərbaycan Tibb Universiteti də bu tarixin bir hissəsidir. Burada atılan hər bir addım, aparılan islahatlar, tədris prosesi, eləcə də şəffaflığın qorunması məqsədilə yaradılmış ictimai nəzarət və məsləhət şurası universitetin fəaliyyəti və ölkəmizin gələcəyi üçün çox vacibdir”.
“İki sahil” qəzetinin redaktoru, Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə kafedranın və xüsusilə muzeyin yalnız burada təhsil alanlar baxımından deyil, bütün cəmiyyət üçün əhəmiyyətini vurğulayıb. Bu qurumun fəaliyyətinin milli tibb elmi üçün misilsiz rolunu qeyd edib.
Sonra tədbir iştirakçıları İnsan anatomiyası muzeyinə baxış keçiriblər.
Qeyd edək ki, universitetdə fəaliyyət göstərən muzey 550 kv.m sahəni əhatə edir. Muzeydə saxlanılan təxminən 5000 eksponat tədris prosesində istifadə edilir.












Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İtkin alpinistlərlə bağlı yeni Təfərrüatlar

Next Post

Rusiya XİN-dən ABŞ-ın Azərbaycanla bağlı xəbərdarlığına MÜNASİBƏT

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Rusiya XİN-dən ABŞ-ın Azərbaycanla bağlı xəbərdarlığına MÜNASİBƏT

Rusiya XİN-dən ABŞ-ın Azərbaycanla bağlı xəbərdarlığına MÜNASİBƏT

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.