Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını İtaliyada davam etdirmək imkanı qazanıb.
Mütəxəssis “Cenoa”dan təklif alıb.
A seriyası təmsilçisi ukraynalı çalışdırıcı üçün cəlbedici şərtlər irəli sürüb. Genuyalılar Şevçenkoya illik 1,8 milyon avro ödəməyə hazırdır. Ona 2023-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə təklif olunub.
Qeyd edək ki, “Cenoa” A seriyasında 12 oyundan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.





