
Türkiyə İraqın narahatlığını nəzərə alaraq Mosuldan ordunu mərhələli şəkildə çıxaracaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in açıqlamasında rəsmi Ankaranın İŞİD-ə qarşı mübarizədə İraqla əməkdaşlığı davam etdirməyə hazır olduğu bildirilib.
Həmçinin qeyd edilir ki, İraqa ordu göndərilməsində Bağdad hökuməti ilə Ankara arasında anlaşılmazlıq olub.



