"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ankara-Tehran-Moskva Qərbə qarşı koalisiya, yoxsa…

20 Avqust 2016 - 08:31
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ankara-Tehran-Moskva Qərbə qarşı koalisiya, yoxsa...

Elxan Şahinoğlu: “Rəsmi Bakı Rusiya, Türkiyə və İranla yaxınlaşma siyasətinə üstünlük verərkən Qərbdən uzaqlaşmamalıdır”

Son günlər Ankara-Tehran-Moskva formatında Suriya böhranının həlli istiqamətində fəal əməkdaşlığa start verilib. Ankara və Moskva arasındakı “buzların” əriməsindən sonraya təsadüf edən bu hərəkətlilik çox ciddi yozumlara rəvac verib. Bəzi iddialara görə, bu, Qərbə qarşı koalisiyadır. Azərbaycanın da bu koalisiyada yer ala biləcəyindən danışılır. 
 
Bundan əvvəl Rusiya, İran, Azərbaycan liderləri Bakıda görüşdülər, isti mesajlar verdilər. Ərdoğan Putinlə görüşdən sonra isə Rusiya, Türkiyə, Azərbaycan formatından danışmışdı. Bunun ardınca İran da mərkəzdə yer aldı. Belə bir formatın yaradılması, həmçinin Azərbaycanın bu formata qoşulması və ya qoşulmaması nə vəd edir? 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyə prezidentinin Peterburqdan sonra məhz Tehrana səfər edəcəyini daha öncə proqnozlaşdırıb: “Çünki Ərdoğan rusiyalı həmkarı Putinlə görüşdə belə bir fikir işlətmişdi ki, Ankara Suriya məsələsində Moskva ilə dialoqa hazırdır, hətta bu prosesə İranın da qoşulmasını istisna etmir. Bu, o demək idi ki, Ərdoğan əvvəlki sərt ritorikasından əl çəkərək Rusiya və İranla yaxınlaşmağa hazırdır və Tehranla da dialoqu genişləndirməyə ehtiyac duyur. Ərdoğanın başqa alternativi qalmayıb və indiki şərtlər altında onun Rusiya və İran yerinə Qərb ölkələrindən birinə rəsmi səfər reallaşdırması da problematikdir. Əgər Ankaranın ABŞ və Avropa Birliyi ilə münasibətlərdə obyektiv soyuqluq yaranıbsa, Türkiyə hakimiyyəti qonşuları ilə münasibətləri yeni səhifədən formalaşdırmaq məcburiyyətindədir. Çünki həm uzaq, həm də yaxın qonşularla eyni zamanda gərgin münasibətlərdə qalmaq olmaz”.
Politoloq Türkiyə-Rusiya-İran koalisiyasına Azərbaycanın da qoşulmasını mümkün sayır: “Bunu elə Ərdoğan da Putinə təklif edib ki, bölgədə yeni Türkiyə-Rusiya-Azərbaycan dialoq formatı yaradılsın. Ümumiyyətlə, Azərbaycan, Türkiyə, Rusiya və İranın yer aldığı bütün üçtərəfli formatlarda iştirak edir. Bunlardan Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Rusiya-Azərbaycan-İran formatlarının adlarını çəkmək olar. Ona görə qonşulardan formalaşan istənilən format Azərbaycan üçün məqbuldur. Azərbaycanın bu formatlarda iştirakının 3 mühüm marağı var: birinci marağı ondan ibarətdir ki, bu formatlar Azərbaycanın milli və təhlükəsizlik maraqlarına xidmət edir, qarşılıqlı əməkdaşlıq genişlənir. İkinci marağı odur ki, baş iştirakçısı olduğumuz regional enerji və nəqliyyat layihələrinin icrasını sürətləndirir. Üçüncü marağı isə odur ki, bu formatlar Azərbaycanın torpaq bütünlüyünü təmin etməli və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməlidir. Hələ ki, üçtərəfli formatlar birinci iki marağımızın təminində müsbət rol oynayır. Təəssüf ki, Rusiya, İran və Türkiyənin yer aldığı üçtərəfli formatlar hələ ki, Qarabağ münaqişəsinin həllini sürətləndirmir”.
Ancaq E.Şahinoğlu hesab edir ki, bu, zaman məsələsidir: “Belə fərziyyə var ki, Azərbaycan Türkiyə, Rusiya və İranla o qədər iç-içə olmalıdır ki, qonşu dövlətlərin özləri anlasınlar ki, Qarabağ münaqişəsini həll etmədən regional əməkdaşlığın inkişafına və Ermənistanın da bu prosesə qatılmasını təmin etmək mümkün olmayacaq. Buna baxmayaraq, rəsmi Bakı Rusiya, Türkiyə və İranla yaxınlaşma siyasətinə üstünlük verərkən Qərbdən uzaqlaşmamalıdır. Ancaq təzyiqin olacağı şəksizdir. Çünki Rusiya, İran və Türkiyənin hər birinin ABŞ və Avropa Birliyi ilə münasibətlərində ciddi problemləri var. Onların problemləri avtomatik bizim problemlər deyil. Ona görə də rəsmi Bakı elan etdiyi balaslaşdırılmış xarici siyasətə sadiq qalmalı, Moskva, Tehran və ya Ankara istəyir deyə, Vaşinqton və Brüssellə münasibətləri gərginləşdirməməlidir. Bir misal deyim, ABŞ Azərbaycan qazını Avropaya çatdıracaq Transadriatik boru xətti layihəsini dəstəkləyir, lobbiçilik edir. Bu, birbaşa Azərbaycanın maraqlarına xidmət edir. Ona görə də tək elə bu amilə görə biz Vaşinqtonla münasibətlərin süni surətdə gərginləşməsinə getməməliyik”.
Politoloq Arzu Nağıyev isə hesab edir ki, bu formatda olan koalisiya Suriya böhranını tam həll edə bilməz:“Çünki burada Ankaranın ,Tehranın və Moskvanın özəl maraqları üstünlük təşkil edə bilər. Təbii ki, əsas problemlərdən biri də Qərbin, daha doğrusu ABŞ-ın maraqlarıdır. Yəni bu gün bu koalisiya Suriya məsələsini həll etmək üçün mütləq atılan addımları ABŞ -la və ya NATO ilə razılaşdırmalıdır. Suriyada vuruşan qurumların bəziləri İran tərəfindən dəstəklənir, bəziləri Türkiyə və təbii ki, ABŞ-ın da dəstək verdiyi digər qurumlar var”.
A.Nağıyev bir mühüm məqamı da xatırlatdı: “Məlumdur ki, İsrail də bu oyunda maraqlı bir tərəfdir. Bu gün ”mənim düşmənim dostumun da düşmənidir “ prinsiplərinə baxmayaraq, Suriyada dəqiq və düşünülmüş plan üzrə hərəkət edilməlidir. Əks halda, Yaxın Şərqdə bundan da böyük fəlakətlər baş verə bilər”.
 Azərbaycana gəldikdə, politoloq qeyd etdi ki, bizim bir saylı və prioritet problemimiz bəllidir: “Təbii ki, Ankara-Tehran-Moskva formatı Suriyasız da Qarabağa məsələsinin həllində müsbət rol oynaya bilər, bunun üçün Azərbaycanın Suriyada hərbi əməliyyata qoşulmasında lüzum yoxdur. Bir sözlə, Azərbaycan öz balanslı siyasətini davam etdirməli və bu formatdan ilk növbədə Qarabağ münaqişəsinin həlli üçün istifadə etməlidir. Çünki gec-tez bu format da öz özəl maraqlarını ortaya qoyacaq. Buna görə də həm Qərbin, həm də regionun maraqları nəzərə alınmalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı qanuni oğrular – Siyahı

Next Post

Karl Marksın qardaşı nəvəsi – Böyük bakılı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Karl Marksın qardaşı nəvəsi - Böyük bakılı

Gimnastımız finala yüksəldi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.