Ankarada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 22 xarici ölkə vətəndaşı yaxalanıb.
Elchi.az xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirlikləri tərəfindən həyata keçirilən risk və texniki analiz işləri nəticəsində bəzilərinin üzvləri ilə əlaqədə olduğu təsbit edilən 27 əcnəbi şübhəliyə qarşı əməliyyat keçirilib.
Şəhər daxilində bəzi ünvanlara eyni vaxtda təşkil edilən əməliyyatda şübhəlilərdən 22-si nəzarətə alınıb. Digər şübhəlilərin tutulması üçün işlərin davam etdiyi bildirilib.
Kəşfiyyat məlumatları və təhlillər nəticəsində “xarici terrorçu döyüşçü” kateqoriyasında qiymətləndirilən şübhəlilərin əməliyyat və sorğu-sualların ardından deportasiya edilmək üçün Miqrasiya İdarəsi Müdirliyinə təhvil veriləcəyi gözlənilir.
Nuranə Məmmədova






