"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ankarada qətliam hazırlayan Qusar sakini haqda şok faktlar- arvadını da özü ilə aparıbmış

24 May 2017 - 09:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ankarada tutulan İŞİD-çinin atası: “Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir”; Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu, onların əksəriyyətinin döyüşlərdə öldürüldüyü bildirilir

Xəbər verildiyi kimi, mayın 21-da səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfərdən təslim olmaları tələb edilib. Polisə tabe olmayan bu şəxslər məhv edilib. Ankara valisi Ercan Topaca deyib ki, İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu deyib.

Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi üzə çıxıb. Azərbaycan əsilli şəxs saxlanılıb və o, İŞİD üzvü olduğunu, iki nəfəri də terrora aktı törətmək üçün Ankaraya gətirdiyini söyləyib. Bu ifadədən sonra polis əməliyyat keçirməyə qərar verib və həmin iki nəfər öldürülüb. Terrorçuların qaldıqları evdən “Kalaşanikov” avtomatları, çoxsaylı əl qumbaraları, partlayıcılar aşkarlanıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, terrorçuları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən yaxalanan şəxs Azərbaycan vətəndaşı Abhüseyn Cəlilovdur. O, Qusar rayonunun Yasab kəndinin sakinidir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.


A.Cəlilovun atası Ravil Cəlilov azvision.az-a bildirib ki, oğlu Dağıstanda olduğu zaman İŞİD-çilərə qoşulub: “Abhüseyn üç il öncə Dağıstana işləməyə getmişdi. O, tikintidə işləyidi. Daha sonra onu Dağıstandan deportasiya etdilər. Abhüseyn orada olan zaman saqqalılara qoşulmuşdu. Kəndə qayıdandan sonra saqqal saxlayırdı. Ailədə, qohumlarımız arasında heç kəs onun yolunu getməyib. Abhüseyni Dağıstanda olan saqqallı uşaqlar öz tərəflərinə çəkdilər. Oğluma həmişə deyirdim ki, saqqal saxlama, bu yoldan çəkil, öz yoluna qayıt. Başa salırdım ki, bu yolun sonu yoxdur. Məcbur edirdim ki, saqqalını kəssin”.

R.Cəlilovun sözlərinə görə, oğlu Qazaxıstana işləmək üçün gedəcəyini gedərək hamıdan gizli Türkiyəyə yollanıb. “Biz elə bilirdik ki, o, Qazaxıstana işləməyə gedir. Türkiyəyə getməsi barədə məlumatımız yox idi. O, bizi aldatdı. Mən və həyat yoldaşım onu bu yoldan çəkindirməyə çalışırdıq. Oğlumu evləndirmişdik. Fikirləşirdik ki, bu yoldan çəkinər. Həyat yoldaşı da onun yolunu tutdu” deyə, atası bildirib.
Qeyri-rəsmi məlumatlara görə, indiyədək təkcə Şəki və Zaqatala bölgəsindən Suriyaya gedənlərin sayının 250 nəfərdən çox olduğu iddia edilir. Ümumiyyətlə, Azərbaycanın şimal bölgəsindən 100-ə yaxın adamın Suriyada vuruşduğu, onların əksəriyyətinin döyüşlərdə öldürüldüyü bildirilir.

Image result for Türkiyevde IŞİD
Şimal zonasından Suriyaya gedənlərin çox olmasının bir sıra səbəbi var. Rusiyanın Şimali Qafqazda hər zamanda ərəb ölkələrindən gələn zərərli ideologiyalar üçün açıqdır. Ankarada ələ keçən terrorçunun atasının dedikləri də bunu təsdiq edir.
Ötən il və bu ilin əvvəlində Dövlət Təhlükəsizlik Xidməti (DTX) həm şimal bölgəsində, həm Bakıda Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatlarına qoşulmuş bir neçə şəxsi zərərsizləşdirib. Sonuncu belə əməliyyat bir müddət əvvəl Bakıda keçirilib. Rəsmi məlumata görə, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun və “Abdulqərib” ləqəbli Q.Dəmirovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması zamanı müqavimət göstərərkən məhv edilib. Belə görünür ki, Suriya və İraqda sıxışdırılan İŞİD-çilər indi Türkiyədə yerləşirlər və onların sırasında azərbaycanlılar da var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mənzil almaq istəyənlərin nəzərinə – Bahalaşa bilər

Next Post

Adambaşına xarici borc: ekspert “çoxdur” deyir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Adambaşına xarici borc: ekspert “çoxdur” deyir

Bakı bu addımla Rusiyaya mesaj verdi - İslam NATO-su

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.