"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ankaranın şərtləri: İrəvan razılaşmağa məcburdur

21 Noyabr 2021 - 13:18
in GÜNDƏM

Ankara İrəvana şərtlərini təqdim edib: sərhədlərin açılmasını istəyirsinizsə, Bakının tələblərini yerinə yetirin.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Fiqaro” nəşrinə müsahibəsində deyir ki, Türkiyədən münasibətlərin normallaşması üçün müsbət siqnallar almışıq, lakin Ankara yeni şərtlər təqdim edir, onların arasında Azərbaycanla Naxçıvanın əlaqəsini yaradacaq dəhliz də var.

Mirzoyanın açıqlaması Ankaranın şərtlərinin birdən çox olduğunu təsdiqləyir:

– Zəngəzur dəhlizinin açılması;

– Sərhədlərin müəyyənləşdirilməsi;

– Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından, o cümlədən, qondarma “erməni soyqırımı” iddialarından vaz keçilməsi;

– Azərbaycanla sülh müqaviləsinin imzalanması.

Bakı və Ankaranın gündəliyinin əsas müddəaları bunlar ola bilər. Mirzoyan “Dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir, bölgədəki bütün rabitə kanalları yenidən açılmalıdır” deməklə Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttinə qarşı olmadıqları mesajını verir. İrəvanın istəmədiyi, Bakı və Ankaranın tələb etdiyi məsələ Naxçıvana çıxacaq xəttin nəqliyyat yolu yox, məhz dəhliz olmasıdır.

– Nəqliyyat xəttində əsas qərarverici tərəf Ermənistan olur və gömrük məntəqələri qura bilir;

– Dəhliz Ermənistana gömrük postu qurmağa, ümumiyyətlə, bu yola müdaxilə etməsinə imkan vermir.

Ən pis halda – dəhliz yox, nəqliyyat yolu olacaqsa belə, Bakı bundan Laçın dəhlizinə post qurmaq üçün istifadə edə bilər.

Burada Ermənistanın nə qədər dözmək imkanının olması da diqqət çəkir.

Rəsmi İrəvan Ankara və Bakının şərtlərini qəbul etməsə, blokada vəziyyəti davam edəcək. Və bunun əvvəlki illərlə müqayisədə həm siyasi, həm də iqtisadi çətinliyi daha çoxdur.

Siyasi məhdudiyyətlər:

– Zəngəzur dəhlizinin açılmaması ümumilikdə kommunikasiyaların açılmaması deməkdir və bu, Rusiyanın bölgədəki siyasətinə uyğun deyil;

– Ermənistanın Qərbə praktiki çıxışı Türkiyə qapısından keçir və Paşinyan hakimiyyəti ölkədə “iqtisadi inqilab” vədini yerinə yetirmək, eləcə də xarici siyasəti şaxələndirmək imkanlarını genişləndirmək üçün bunda maraqlıdır.

İqtisadi məhdudiyyətlər:

Birincisi, müharibədən sonra Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarının yerüstü-yeraltı sərvətindən məhrum olub;

İkincisi, Azərbaycanın Gorus-Qafan yoluna nəzarət etməsi İrandan Ermənistana yük daşımalarına ciddi təsir edib;

Üçüncüsü, Rusiya daşımalarının həyata keçirildiyi Gürcüstan yolu əvvəlki illərlə müqayisədə şərait baxımından daha da çətinləşir;

Dördüncüsü, Azərbaycanın sərhədlərini bərpa etməsi ermənilərin işğal dövründə zəbt etdikləri otlaq-əkin sahələrindən məhrum olması və sərhədboyu ərazilərdə yaşayanların vəziyyətinin çətinləşməsi ilə nəticələnib.

Reallıq budur ki, işğal dövründə blokada vəziyyətinə dözə bilən Ermənistanın hazırda belə imkanları tükənir və bu, İrəvanı razılaşmağa məcbur edir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərsoydan Paylana: Paşinyana məktub yazmısınız?

Next Post

Putinə qarşı bu addım! Nikol yəni anlamır? – Korotçenko

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Putinə qarşı bu addım! Nikol yəni anlamır? – Korotçenko

Putinə qarşı bu addım! Nikol yəni anlamır? - Korotçenko

ABŞ vətəndaşlarını Zəngəzura səfər etməməyə çağırdı

ABŞ vətəndaşlarını Zəngəzura səfər etməməyə çağırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.