Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın yeni köməkçisi Stella Saruxanyan olub.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə Saruxanyan Facebook səhifəsində məlumat verib:
“Bu gündən mən Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanı təmsil edirəm. Mənim fəaliyyətim vətənimə xidmət olub və belə də davam edəcək.
Mən sizlərdən biriyəm. Könüllü olaraq hərbi xidmətə qoşuluram, nə maaş veriləcək, nə də dövlət işçisi sayılacağam. İctimai-hökumət münasibətlərini yüksək qiymətləndirirəm və körpü rolunu oynamaq, narahatlıqlarınızın həllinə kömək etmək, məktublarınızı Anna xanıma ötürmək və rəyləri saxlamaq mənim üçün şərəf olardı.
Hörmətli, Anna xanım, etibar etdiyiniz üçün təşəkkür edirik. Bu mənim üçün böyük şərəfdir. Mən sizi məyus etməyəcəyəm”, – deyə Saruxanyan yazıb.
Qeyd edək ki, Saruxanyan Tavuş vilayətində fəaliyyət göstərən “Yaşıl yol” QHT-nin marketinq məsləhətçisidir.
Yeganə




