ANS-ə 3 gün vaxt verildi – FOTO

ANS-ə 3 gün vaxt verildi

ANS-i keçmiş aparıcısı telekanal rəhbərliyini hədələdi. Ttelekanalın ”Şokolad” verilişinin aparıcısı olmuş Ülviyyə Alovlu ANS-in bütün cavabdeh şəxslərinə sonuncu xəbərdarlığını edib. Aparıcı şəxsi “Facebook” profilində qeyd edib ki, ANS iki ildir onun məvacibini vermir: “Ha dedim ki, eyibdir, bir az gözləyim, amma görürəm ki, alınmır. Mənim “Şokolad” verilişində aparıcı kimi bir aylıq fəaliyyətimin nəticəsi olaraq məvacibim yaxın 3 gün ərzində ödənilməsə, mən hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm! Ədalət gözləntisində olan ANS-çilər əvvəlcə özlərindən gözlənilən ədaləti bərqərar etsinlər! İki ildir ki “sabahlarla” başımı bişirməyinizdən təngə gəldim artıq!!!”.

Bunu da oxuyun

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728