"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`ANS-də dedilər ki, guya mən psixəm` – Tanınmış aktyorun oğlu

01 Noyabr 2016 - 15:19
in XƏBƏR LENTİ

“Azərpaşa Nemətovdan xahiş etdim, mənə iş vermədi. Arxamca danışdı…”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Azərbaycanın görkəmli aktyoru, Əməkdar artist Səməndər Rzayevin oğlu aktyor Rəşid Səməndər AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub. O, illərlə işsiz qalmasından, şəxsi həyatından, problemlərindən söz açıb.

-Rəşid bəy necəsiniz? Bir vaxtlar səhhətinizdə problemlər vardı, ind özünüzü necə hissə edirsiniz?

– Yaxşıyam, ciddi problemim yoxdur. Problemlər geridə qalıb, həyatımda hər şey qaydasındadır. Təəssüf ki, haqqımda xoşagəlməyən ifadələr işlədirdilər. Bir neçə il bundan öncə ANS telekanalında yayımlanan verilişdə deyrdilər ki, guya mən xəstəyəm, psixi problemlərim var. Bütün bu söz-söhbətlər əsəblərimə pis təsir göstərdi. Sinirlərim pozulmuşdu. Bir müddət əsəblərimə görə müalicə aldım. Kim nə danışır, danışsın. Artıq bunlara əhəmiyyət vermirəm. İnd şükürlər olsun ki, əsəblərim qaydasındadır. İşləmək, yaradıcılığımı bərpa etmək üçün həm enerjim, həm də məkanım var.

-Hazırda işləyirsinizmi?

-Şükürlər olsun ki, işsiz deyiləm. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyirəm. Bir ay olar ki, işə düzəlmişəm. Teatrın direktoruna müraciət etdim, sağ olsun, məni işə qəbul etdi. Eyni zamanda AZTV–də “Bulaq” verlişi üçün çalışıram, arada kadrarxası mətnləri səsləndirirəm.

-4 il işsiz qaldınız, yaradıcılığınızı bərpa etmək, yenidən sənətə dönmək sizə çətin olmadı ki?

-Əlbəttə, 4 ildən sonra iş tapmaq, rol almaq, oynamaq adama bir az qəribə gəlir. Görün, neçə vaxt sənətimə fasilə verdim. İndi həm səhhətimdən, həm də sənətimdən razıyam.

-Hansı rol üzərində çalışırsınız?

-Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini tamaşaya qoymuşuq. Orada “Rəşid” obrazını oynayıram. Kollektiv çox yaxşıdır, gənc, mehribandırlar, bir-birimizi başa düşürük.

-Teatrdakı maaşınızdan razısnızmı?

-İndi maddi durumum babatdır. Buna da şükür. Başqa nə edə bilərəm ki?!

-Keçmiş iş yerinizə – “Azdrama”ya qayıtmaq istərdiniz?

– Teatrın baş rejissoru və bədii-rəhbəri Azərpaşa Nemətova müraciət etmişdim. Ondan xahiş etdim ki, mənə iş versin. O, teatrda boş yerin olmadığını dedi. Heç nə demədim, çıxıb getdim. Sonra eşitdim,deyib ki, Rəşid xəstədir,ona görə də işə götürə bilmərəm. Bir sözlə, məni teatra qəbul etmədilər.

-Bildiyimizə görə, siz hələ də subaysınız.

-Bəli, subayam. Hər şey zamanla yoluna qoyulacaq. Qismət olsa, ailə həyatı quracağam.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Zəlzələ silahı Amerikanın əlindədir”

Next Post

Pentaqon rəsmisini Bakıya gətirən səbəb – ŞƏRH

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Pentaqon rəsmisini Bakıya gətirən səbəb - ŞƏRH

Yağıntılar davam edəcək, qar yağacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.