"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ANS-in “Delta Telekom”un rəhbəri ilə müsahibəsi niyə yoxa çıxdı?

03 Dekabr 2015 - 10:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 ANS-in “Delta Telekom”un rəhbəri ilə müsahibəsi niyə yoxa çıxdı?

Saytdan materialı yığışdırdılar, həmkarlardan da “yığışdırın” xahişi edildi; Mais Məmmədov: “2 saat saxladıq, bəsdir…”

“Delta Telekom”un baş direktoru Ramazan Vəliyevin ANS-ə müsahibəsi son günlərin ən səs-küylü hadisələrindən biri sayılır. Sözügedən müsahibədə R.Vəliyev iki həftə bundan öncə rəhbərlik etdiyi şirkətdə baş vermiş qəzadan və onun nəticəsində Azərbaycanın saatlarla internetsiz qalmasının səbəblərindən danışmışdı. 
Maraqlıdır ki, müsahibənin videosu anspress.az saytında yayılsa da, bir gün sonra yığışdırılıb. Daha doğrusu, videonun özü silinib. Əldə etdiyimiz məlumatlara görə, videonun yayılmasından bir gün sonra, yəni bazar ertəsi ANS-in tanınmış simaları müxtəlif saytlara zəng edərək, onlardan həmin materialı saytlarından yığışdırmalarını dostcasına xahiş edib. Amma bu xahişin motivini açıqlamayıblar.
ANS prezidentinin müavini Mayis Məmmədov “Yeni Müsavat”a açıqlamasında bu səs-küylü materialın “itməkliyinə” aydınlıq gətirdi. Dedi ki, bu barədə sayta məsul şəxslərdən soruşub: “Mənə bildirildi ki, saytda material nə qədər qalar? Bazar günü veriliş yayımlanıb. İki saat saxlayıblar, sonra çıxarıblar”.
Müsahibimiz dedi ki, videonun tamamən silinməsi barədə məlumatı yoxdur: “Mənə, sadəcə, deyildi ki, saytı yeniləmişik”.
 
“Yeni Müsavat” isə xatırladır ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevin götürdüyü müsahibə kifayət qədər ciddi nüanslarla yadda qalıb. R.Vəliyev öncə onu bildirib ki, yanğın baş verən otaqda təmir işləri gedir və orada yeni avadanlıqlar quraşdırılır. Otaqda dövlətə aid avadanlıqlar var və yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Onun sözlərindən belə məlum olub ki, yanğın hadisəsi yuxarı hissədə baş verməyib. Sadəcə olaraq, aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Son 2 il ərzində orada heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin mayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır.
 
Söhbət zamanı məlum olub ki, sözügedən avadanlıq konkret olaraq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qoyulub: “Həmin avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki, biz o avadanlıqları təhvil verəcəyik. 
Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır? Tutaq ki, o avadanlıq var idi, vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur, vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə ”Delta Telecom”da deyil, əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar bütün rabitə operatorlarında quraşdırılıb”.
Müsahibədə konkret MTN-ə aid detalların səslənməsi və bunun yaratdığı ajiotajın miqyası yetərincə böyük idi. Yayımdan cəmi 24 saat sonra süjetin tamamən silinməsi və həmkarlardan da bu materialı saytdan çıxarılmanın xahiş olunması ciddi mətləblərdən xəbər verir.
Hətta Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzün də bu olayla bağlı dəyərləndirməsi düşündürücü idi. O.Gündüz  bu yanğının MTN-in məlum sistemi ilə bağlı olması ehtimalını da istisna etməmişdi: “Bu, MTN-in məlum sistemi ilə bağlıdırsa, onda digər operatorlarda, mobil operatorlarda, provayderlərdə olan MTN-ə məxsus bu tip sistemləri də monitorinq etmək doğru olardı”.
Bütün hallarda bu cür səs-küylü bir müsahibənin yayımı ciddi mətləblərdən xəbər verirdi. Yanğında MTN izi, bunun arxasında gizlənə biləcək mətləblər və bizi gözləyən təhlükələr… Əks halda, video saytdan yığışdırılmaz, materialı isə “iki saat saytda qaldı, bəsdir” məntiqi ilə silməzdilər.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məmmədyarov həmsədrlərlə nəyi müzakirə etdi?

Next Post

“Böyük Britaniya İŞİD-in Suriyadakı mövqelərinə ilk hava zərbələrini endirib”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Böyük Britaniya İŞİD-in Suriyadakı mövqelərinə ilk hava zərbələrini endirib"

Bakı ilə Avropa İttifaqı arasındakı soyuqluğun səbəbi...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.