Moderator.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ANS telekanalını balansı qorumadığına görə sərt şəkildə ittiham edib:
“ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxış, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri Yeni Müsavatın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası… Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində ƏIi Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi… Bəzi Müsavat üzvləri də , hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır… AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik…”