"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ANS yeni binaya köçür – Teleşirkətdən XƏBƏR VAR

10 Mart 2017 - 16:45
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 Zoologiya İnstitutu fəaliyyəti dayandırılmış ANS teleşirkətinə əmlakının hazırda yerləşdiyi binadan çıxarılması üçün martın 23-dək vaxt verib.

Qeyd edək ki, ANS teleşirkətinun uzun müddətdir icarə əsasında yerləşdiyi bina Zoologiya İnstitutuna məxsusudur.

Zoologiya İnstitutunun direktoru Elman Yusifov modern.az-a-a açıqlamasında xəbəri təsdiqləyərək deyib ki, qarşı tərəfin köçmək qərarına hörmətlə yanaşırlar.

“Fəaliyyəti dayandırılmış ANS-in rəhbərliyi özü bizim ərazidən köçür. Başqa ərazi tapıblar və ora gedirlər. Çox güman ki, fəaliyyətlərini başqa yerdə davam etdirəcəklər. ANS teleşirkətinin fəaliyyəti artıq ləğv edilib. Başqa bir binanın ərazisində hüquqi cəhətdən qalmaları doğru deyil. Sadəcə, biz onlara heç nə deməmişik. İndi də köçmək qərarına gəliblər. İşləri avand olsun. Teleşirkətin vitse-prezidenti Mirşahin Ağayev tez-tez gəlib mənimlə görüşür. Onunla çox yaxşı münasibətlərimiz var. 25 il qonşu olmuş təşkilatla münasibət necə ola bilər?! 25-ə dözən 26-ya dözər”.

Qeyd edək ki, Azərbaycanın ilk müstəqil televiziyası olan ANS 1991-ci il noyabrın 26-dan fəaliyyət göstərirdi. Hər şeyə isə Türkiyədə 2016-cı il 15 iyul tarixli dövlət çevrilişinə cəhddən sonra rəsmi Ankaranın günahlandırdığı Fəthulla Gülənin Amerikada düzənlədiyi mətbuat konfransı səbəb oldu. Telekanal müxbirinin həmin tədbirdə iştirakı ANS-in qapadılmasına rəvac verdi. Belə ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ öz qərarını Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Azərbaycan Baş Prokurorluğunun müraciətinə əsasən qəbul etdiyini bildirib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

“ANS Müstəqil Yayım və Media” Şirkəti lisenziyasının ləğvi barədə qərarın qüvvədən salınması ilə bağlı məhkəməyə müraciət etsə də, iddia təmin edilməyib.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda qeyri-adi olay: Sabirin heykəli tüstüləndi – VİDEO

Next Post

Mixəkli çayın FAYDALARI

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Mixəkli çayın FAYDALARI

Pensiya yaşı qaldırıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.