Türkiyədə ruslar və ukraynalılar arasında kütləvi dava olub. ANS PRESS-in məlumatına görə, hadisə Antalya
şəhərində Kəmər istirahət zonasında baş verib.
şəhərində Kəmər istirahət zonasında baş verib.Hadisə şahidlərinin sözlərinə görə, sərxoş olan tərəflər bir-birlərinə söz atmağa başlayıblar. Ruslar və ukraynalılar arasında gedən söz davası sonradan yumruq-təpik davasına keçib. Davada rusların sayı çox olduğuna görə, ukraynalılara qalib gəldiyi bildirilir. Hətta ruslardan biri əlində Rusiya bayrağını otelin yuxarı mərtəbələrinin birindən asıb.
Otelin təhlükəsizlik xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edib. Əraziyə xeyli polis cəlb olunub. Rusiya bayrağı oteldən çıxarılıb.
Dava salanlar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



