Qərbi Antarktidada “Qiyamət buzlaqı” olaraq da bilinən Thwaites buzlaqını araşdıran elm adamları nəhəng buzlaqın çatlarına sızan isti suyun əriməni sürətləndirdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, 13 ABŞ və Britaniya alimlərindən ibarət komanda 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində buzlaqda təxminən altı həftəlik araşdırma aparıb.
Bu çərçivədə bölgədə “Icefin” kimi tanınan sualtı robot vasitəsi ilə sensorlarla araşdırma aparılıb.
Araşdırmada, isti suyun yarıqlara və terras kimi tanınan digər açıqlıqlara doğru hərəkət etməsi nəticəsində təxminən ABŞ-ın Florida əyaləti böyüklüyündə olan buzlaqda ən az 30 metr yanal ərimə meydana gəldiyi müəyyən edilib.
Tədqiqatçılar qeyd edirlər ki, buzlaqdakı yarıqlar və terraslar vasitəsilə ərimə Thwaites buzlaqının şelfinin dağılmasına səbəb ola bilər.
Araşdırma qrupundan Kornell Universitetində dosent. “Biz bu buzlaqların dəyişdiyini bilirdik. Bunun okeanın temperaturu ilə əlaqəli olduğunu bilirdik. Biz ərimənin davam etdiyini bilirdik. Atmosferin istiləşdiyini bilirdik. Və buzlaqların parçalandığını bilirdik”, – Britni Şmidt CNN-ə bildirib.Tədqiqatçılardan biri Peter Davis buzlaqın əriməsi ilə yanaşı, buzlaq şelfində də sürətli geri çəkilmənin olduğunu vurğulayır.
Suyun səviyyəsi 3,5 metr qalxa bilər
Məlumdur ki, Tueyts buzlaqının müntəzəm əriməsi nəticəsində dəniz səviyyəsinin illik artımı təxminən 4 faiz artır.
Alimlər hesab edirlər ki, Thwaites Qərbi Antarktidada təbii bənd rolunu oynayır və bu buzlaq çökərsə, qlobal dəniz suyunun səviyyəsi təxminən 3,5 metr yüksələ bilər.
Araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.
Şayəstə




