Avstraliyalı alimlərin yeni hesabatı göstərib ki, Antarktika buzlaqlarının sürətlə əriməsi okean axınlarının əhəmiyyətli dərəcədə durğunluğuna səbəb olur, okeanların karbon qazını udmaq qabiliyyətini azaldır.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, “Nature” jurnalında dərc olunan hesabatda okeanın ən dərin suları araşdırılıb və bütün dünyada istilik və qida maddələrinin dövriyyəsində əsas rol oynayır.
Dərin okean axınlarında durğunluğun Antarktika buzlaqlarının əriməsi ilə meydana gəldiyini ortaya çıxaran hesabatda bu vəziyyətin iqlimə mənfi təsir göstərdiyi qeyd edilib.
Bildirilib ki, durğunluğa şirin su mənbələri olan Antarktika buzlaqlarının əriməsi nəticəsində dəniz suyunun sıxlığının azalması və duzlulaşan sularda aşağıya doğru hərəkətin ləngiməsi səbəb olub.
Alimlər bildiriblər ki, Şimal və Cənub yarımkürələrində min illərdir nisbətən sabit olan dərin okean axınlarının durğunluğu okeanların atmosferdən karbon qazını udmaq qabiliyyətini azaldır və buna görə də iqlimə mənfi təsir göstərir.
Avstraliyalı tədqiqatçılar proqnozlaşdırırlar ki, qlobal temperatur artımı indiki templərlə davam edərsə, okeanları yönləndirən dərin su axınları 2050-ci ilə qədər 40 faiz azalacaq.
Hesabata töhfə verən dəniz alimi Adele Morrison, okeanlarda sirkulyasiya yavaşladıqca, səth sularının karbonu udmaq qabiliyyətinə sürətlə çatdığını, daha dərin dərinliklərdən doymamış su ilə əvəz olunmadığını və qida maddələrinin oradan çıxmasını çətinləşdirdiyini söyləyib.
Şayəstə




