"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Anti-amerikanizm siyasəti ölkəni hara qovur?

02 Yanvar 2015 - 11:41
in DÜNYA
img1706564Rusiya prezidenti Vladimir Putin özünün məşhur “Fulton nitqi”ni (buna “Valday nitqi” də deyirlər) edəndə düşünürdü ki, o, yalnız öz ölkəsinin xarici siyasətinin strateji konturlarını çızır. Onun heç ağlına da gəlməzdi ki, başqa ölkələrdən də bu çağırışa qoşulanlar tapılacaq…
Biz heç vax milli maraqlar siyasətində özümüzü müxalif hesab etməmişik, ağlımız çatan, əlimiz yetən hər şeyi edib şalışmışıq ki, ölkənin milli mənafe və maraqlarına zərrə qədər belə olsun xələl gəlməsin…
İndi də bu mövqedəyik. Amma son vaxtlar aparılan siyasət bizi həqiqətən də narahat edir. Ən maraqlısı bilirsiniz nədir? Hakimiyyət təmsilçiləri H.Əliyevin siyasətini davam etdirdiklərini deyirlər. Amma onun vaxtında heç bir məmur açıq-aşkar ABŞ-a qarşı siyasi demarş edə bilməzdi.
Hətta yadınıza gəlirsə, bir vaxt, dövlət müşaviri işləyən zaman V.Quluzadə Rusiya əleyhinə müyyən çıxışlar edir və bəyanatlar verirdi. Amma Vəfa müəllim tez bir zamanda öz postundan istefa verdi ki, həm özü sərbəst olsun, həm də onun çıxışlarından dövlətə ziyan gəlməsin…
Sinergetikada belə bir anlayış var-bifurkasiya nöqtəsi. Bu, dayanıqsız tarazlıq halı deməkdir. Ən başlıacası isə, bu nöqtədən sistemin hansa hala keçəcəyini dəqiq demək olmur… İnanın, indi dünya siyasəti də belədir. Böyük qarşıdurmaya start verilib. Bu, belə olmaya bilərdimi? Bilərdi, əgər V.Putin özünün geosiyasi ambisiyalarını bir qədər cilovlaya bilsəydi, Krımı işğal etməsəydi, şərqi Ukraynanın örtülü-latent işğalına start verməsəydi. Amma o bunu etmədi. Nəticəsi də göz özünündədir…
Bu özü həm də bir detala aydınlıq gətirir-siyasətdə insan faktoru amilinə. Biz həmişə belə qəbul etmişik siyasətin də obyektiv, siyasətçilərdən asılı olmayan qanunları var…
Amma belə deyil. Siyasət əhəmiyyətli dərəcədə siyasətçilərdən, bu işi görən adamlardan, onların siyasi simpatiyalarından, antipatiyalarından asılı olur… O səbəbdən “Bir nəfər, iki nəfər və yaxud da bir siyasi komnda ölkəni siyasi dalana apara bilərmi?” sualına “hə” deməkdən və Rusiyanı yada salmaqdan da savayı bir çıxış yolumuz qalmır…
Amma belə hallar əvvəllər də olmuşdu. Məşhur “Karib böhranı” yadınızdadırmı? O vaxt bir nəfər-Nikita Xuruşşov dünyanı az qala müharibə və nüvə qarşıdurması həddinə gətirib çıxarmışdı…
İndi də eyni mənzərə təkrar olunur. “Karib böhranı”nı bir neçə günə aradan qaldırmaq mümkün oldu və dünya rahat nəfəs ala bildi. Amma indiki qarşıdurma haqqında bunu demək çətindir. V.Putin rus milli valyutasını xilas etmək üçün az qala “akrobatik tryuklar” edir, amma bacarmır, rubl aşağı sürüşməkdə davam edir…
Mən bizim iqtisadiyyatın sabitliyi ilə bağlı məmurlarımızın dediklərini bölüşmək istəyirəm, çünki heç kim növbəti böhran istəmir, ən azı ona görə ki, hamımız bu ölkənin vətəndaşlarıyıq. Amma bölüşə bilmirəm. Hesab edirəm ki, neftin kəskin şəkildə ucuzlaşması bizim iqtisadiyyatı da “vuracaq”…
Ola bilsin ki, bu, Avropa olimpiya oyunlarından sonra olacaq. Təsadüfi deyil ki, bir sıra iqtisadşılar da bu qənaəti bölüşürlər… İnanın, bunları yazmaq bizim üçün də çətindir – bir müddət idi ki, ölkə sabitləşmişdi, həyat bir qədər normal ritmə düşürdü, ölkə tikilib-qurulurdu…
İndi isə hər şeyi yenidən başlamaq lazım gələ bilər. İqtisadi böhran siyasətə çox həssas olur. Belə hallarda ölkənin siyasi kursu da stabil olmalıdır ki, anti-böhran tədbirlərini görmək mümkün olsun…
Vay o günə ki, iqtisadi böhran həm də siyasi böhrana çevrilə. Onda çox çətin ola bilər… Biz “Dünyada iqtisadi böhran gedir!” deyib durmuşuq. Amma ciddi böhran yalnız Rusiyada müşahidə olunur… ABŞ iqtisadiyyatında hətta dirçəliş nəzərə çarpır..
Avropadakı böhranı da şişirtməyə ehtiyac yoxdur. Bu böhran başlayandan biz yazmışdıq ki, bu, kapitalizmin deyil, sosial kapitalizmin böhranıdır- son illərdə kapitalist ölkələrindəki sosial siyasət, sosial proqramlar ölkənin iqtisadi imkanları ilə həmahəng deyildi, bir az irəli qaçmaq cəhdləri vardı…
Hətta adi bir adama da aydındır ki, Avropa nə qədər kasıblaşsa da, gəlib bizim həddə çata bilməz. Güman edirik ki, hamı bununla razılaşar…
Hadisələrin sonuna baxışda biz optimist notda köklənmişik- ola bilsin ki, bu qovğada V.Putin imperiyasının onurğa sütünu sınacaq. Bizə gəldikdə isə, heç olmasa, bir qədər təmkinli olaq, ən azı irəli qaçmağa tələsməyək. Ona görə ki, irəlidə hələ alatoranlıq var, göz gözü görmür…

 

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün havanın yağıntılı olacağı gözlənilir

Next Post

Mourinyo İngiltərəni tərk edəcək

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Mourinyo İngiltərəni tərk edəcək

Poroşenko: "Ukraynada hərbi vəziyyət elan ediləcək"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.