“Qarabağın sülhməramlıların nəzarətində olan hissəsində nəzarətimizi bərpa etmək üçün həmin ərazilərdəki qanunsuz fəaliyyətlərin işıqlandırılması mütləqdir. Bu, davamlı proses olmalıdır ki, Qarabağdakı qondarma qurumun siyasi təbliğatının qarşını almaqla, onun qeyri-qanuni fəaliyyətini önə çıxarıb, qondarma qurumun yaradılması istənilən legitimliyini şübhə altına alsın”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
O, qeyd edib ki, mümkün olan hər yoldan istifadə edilməlidir:
“Bura atəşkəsi pozmaqla stabilliyə təhlükə yaratmaqdan, hərbi fəaliyyəti artırmaqdan tutmuş, başqa destruktiv qüvvələrlə əməkdaşlıq, təbii ehtiyatların talan edilməsi, eyni zamanda, vaxtı ilə edilmiş cinayətlərin üzlərinin tapılan toplu məzarlarla ifşası daxil, bir çox vandalizm aktlarının ifşa edilməsi ilə ictimailəşdirilməsi və ən əsası isə bunlarda separatçı qurumun rəhbərlərinin adlarının hallandırılması taktikası davam etdirilməlidir.
Zamanla bu taktika həmin ərazilərdə yaradılan qondarma qurumun terrorçu və işğalçı mahiyyətini sözdə deyil, əməldə və reallıqda formalaşdırılmasını təmin edəcək. Bununla da Azərbaycan üçün həmin ərazilərdə antiterror əməliyyatı keçirmək üçün real mühit və beynəlxalq fikir formalaşacaq”.
Yeganə





