"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Antiterror tədbirinin nəticələri

23 Sentyabr 2023 - 08:24
in GÜNDƏM

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 sentyabr 2023-cü il axşamı xalqa müraciət etdi. Dövlət başçısının xalqa öncəki müraciətlərini qürurla xatırlayaraq, bilirdik ki, budəfəki müraciət də bizə sevinc, fəxarət yaşadacaq, qürur bəxş edəcək!

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Dövlət başçısı xalqa, xalq da öz dövlət başçısına inanır. Məhz bu inam xarüqələr yaradıb, çoxlarının mümkünsüz dedikləri mümkün olub! İlham Əliyevin iradəsi, qətiyyəti və müdrikliyi ictimai-siyasi, diplomatik, hərbi… – bir sözlə, bütün əməli fəaliyyət sahələrində öz möhtəşəm inkası ilə seçilir. Artıq bədxahlar belə etiraflarda bulanmağa məcbur qalır (daha da etiraflara məcbur qalacaqlar, təbii)! Çünki xalqın gözü tərəzidir və olan-qalan azacıq sosial bazalarının da əridiyini, doğruların tərəfinə keçdiyini görənlər, bəlkə də etirafla özlərini qınaqlardan qismən sığortalamış ola bilər…

Mövzumuz bu deyil. Mövzu odur ki, uzun onilliklər boyu xalqın arzuladığı gün gəlib çatdı! Onilliklər boyu gözlənmiş, arzulanmış gün öz-özünə yetişmir, əlbəttə. O günü yetişdirən yollar, o yolları düşünən zəka, çəkən əl vardır! Söhbət sözü imzası qədər keçərli liderdən gedir! Siyasi iradəsi, prinsipiallığı, uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurmuş və gələcək nəsillərə yol açmış lider!

Azərbaycan Prezidenti üç il öncə, sentyabrda, Orduya bütün cəbhə boyu əks-hücum əmri ilə bölgənin tarixində yeni səhifə açdı. 2016-cı ilin Aprel döyüşlərindən 4 il, 2018-ci ilin mayındakı Günnüt hərbi əməliyyatından 2 il, Tovuz döyüşlərindənsə 2 ay keçmişdi: 27 sentyabr 2020-cil, səhərin erkən saatlarında düşmənin növbəti hücumu bardağı daşıran son damla oldu! Və ondan sonra olanlar oldu – 30 illik işğala 44 gün içində son verildi! Ötən ilin sentyabrında Daşkəsən, Kəlbəcər, Laçın sərhədləri boyu düşmənin növbəti təxribatının qarşısı da qətiyyətlə alındı, Dəmir Yumruğu unudanlar onun gücünü yenə görməli oldu! Bu ilin aprelində Laçın rayonunun Həkəri körpüsü üzərində – Ermənistanla şərti dövlət sərhədində sərhəd-buraxılış məntəqəmiz quruldu! Bu, öncəki hadisələrdən heç də az önəmli deyildi! Proses addım-addım irəliləyirdi və qalib Azərbaycan öz qüvvətli barış əlini geri çəkməmişdi! Amma…

Aradakı atəşkəs pozuntularını, təxribat cəhdlərini də unutmadan, nəhayət, 19 sentyabrda 4 polisimiz, 2 mülki vətəndaşımız mina qurbanı olunca (İkinci Qarabağ müharibəsi başa çatandan sonrakı mina qurbanlarının sayı 300-dən çoxdur), lokal antiterror tədbirlərinə vadar olan Ordumuz 23 saat 43 dəqiqə içində terrorçuları, separatçıları, bir sözlə, Ermənistan silahlı qüvvələrinin tök-töküntülərini diz çökdürdü. Ağ bayraq qaldıran düşmən dirənişin mənasızlığını Dəmir Yumruğun gücünü növbəti dəfə öz başında görüncə anladı.

Hələ də kimlərəsə, haralarasa ümidli olanlar Azərbaycan dövlətinin ədalətindən daha üstün ədalətin olmadığını idrak etməyə başlamaqdadır. Bəli, Ermənistana ErMİNAstan deyən, “Dəmir Yumruq Yer üzünün ən humanist yumruğudur” deyən dostlar haqlıdır.

Bəs antiterror tədbirləri nəticəsində nəyə nail olduq?

Birincisi, Azərbaycan öz suverenliyini bərpa etdi. Ərazi bütövlüyünü bu ilin aprelində tam şəkildə bərpa edən dövlətimiz bu dəfə suverenliyini bütün əraziləri boyunca bərpa etməyə nail oldu.

Antiterror tədbirləri Ordumuzun peşəkarlığını bütün dünyaya göstərdi. Mülki insanlara, mülki infrastruktura ziyan vurmadan, dağdan-dərədən, düzəndən-keçiddən adlayaraq çox qısa müddət içində, böyük nəticə əldə etmək yalnız yüksək hazırlıqlı orduya xas hadisədir!

“Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər”.

Bununla da, “Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.

Antiterror tədbirləri başqa bir tarixi hadisəyə də vəsilə oldu: 2020-ci ildə BMT-nin 4 Qətnaməsinin icrasını təkbaşına icra edən dövlətimiz bu dəfə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatının icra olunmamış maddəsinin icrasını təmin etməyi bacardı!

Yüzillər boyunca savaşlar, qanlı toqquşmalara məskən olmuş bölgəmizə barış Dəmir Yumruq sayəsində gəlir.

“Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.

…Bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır”!

Azərbaycanın Respublikasının suverenliyi uğrunda, haqq-ədalət uğrunda öz canını fəda etmiş qardaşlarımızın əziz ruhu qarşısında dərin sayğılarla baş əyir, qazilərimizə tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzu edirik!

Dövlətimiz var olsun!

Qənirə Paşayeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Polşadan Ukrayna ilə bağlı izahat tələb etdi

Next Post

Mədəaltı vəzi xərçənginin üzdə əlamətləri

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Mədəaltı vəzi xərçənginin üzdə əlamətləri

Mədəaltı vəzi xərçənginin üzdə əlamətləri

Baş nazirdən Zelenskiyə: Bir də bizi təhqir etmə!

Baş nazirdən Zelenskiyə: Bir də bizi təhqir etmə!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.