Bu məlumatı Federal Antiinhisar Xidməti təsdiqləyib.
Elchi.az xəbər verir ki, “Apple” korporasiyası “Kaspersky Lab” şirkətinin işi üzrə Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti tərəfindən iOS proqramlarının paylanması bazarını inhisara almasına görə 906 milyon rubl məbləğində cərimə ödəyib. Bu məlumatı RİA Novosti-yə FAS-dan təsdiqləyiblər.
Bildirilir ki, bu cərimənin ödənilməsi gecikərsə, korporasiya onu ikiqat artırmaqla hədələnib. Bununla belə, Apple 906 milyon rublu vaxtında ödəyib və pul artıq Rusiya büdcəsinə daxil olub.
Şayəstə




