Elchi.az xəbər verir ki, Apple şirkəti ABŞ-ın çip istehsalçısı Broadcom ilə milyard dollarlıq müqavilə imzalayacağını elan edib.
Uzun illər davam edəcəyi açıqlanan müqavilə çərçivəsində iki ABŞ şirkəti Amerikada dizayn edilərək istehsal olunacaq 5G cihazları üçün komponentlər hazırlayacaq.
Apple, sövdələşmənin 2021-ci ildə ABŞ iqtisadiyyatına 430 milyard dollar sərmayə yatırmaq planının bir hissəsi olduğunu söyləyib.
Bu addım, Vaşinqton və Pekin arasında texnoloji sənaye mərkəzli ticarət mübahisəsinin kəskinləşməsi fonunda atılıb.
Nuranə Məmmədova





