
ABŞ-da “Apple” şirkətinin məlumatları araşdırma mərkəzində kimyəvi sızma baş verib.
ANS PRESS-in məlumatına görə, “USA Today” yazır ki, insident nəticəsində 5 nəfər “Apple” əməkdaşı xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, binada xlorin sızması baş verdikdən sonra əməkdaşlar özlərini pis hiss etmələri və baş hərlənməsi barədə şikayət ediblər. “Apple” şirkətinin məlumatında deyilir ki, “Reaktiv maddələr çox güman ki, soyutma sisteminin təmizlənməsi zmanaı baş verib”.
Qeyd edək ki, sızma baş verən “Apple” mərkəzində iMessages, iTunes və şəkillərlə bağlı xidmətlər göstərilir.



