Aprelin 30-da imtahan vermiş abituriyentlərin nəzərinə

Aprelin 30-da imtahan vermiş abituriyentlərin nəzərinə
Aprelin 30-da Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

DİM-dən Elchi.az-a  verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bunu da oxuyun

Abituriyentlər Apelyasiya Komissiyasına 1-3 may 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728