"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Apteklərdə dərmanlar bahalaşıb, “vahid qiymət” də yoxdur

10 Dekabr 2015 - 09:38
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Apteklərdə dərmanlar bahalaşıb, “vahid qiymət” də yoxdur

Adil Qeybulla: “Dərmanlar əhalinin cibinə görə bahalı sayıla bilər”

Apteklərdə bir sıra dərmanların qiyməti bahalaşıb. Bahalaşma daha çox mövsümlə əlaqədar soyuqdəymə və qrip əleyhinə dərmanlarda müşahidə edilir.  Şəkər xəstələri üçün satılan diabet çaylarının da qiymətində bahalaşma qeydə alınıb. 
Məsələn, əvvəllər 1 manat 80 qəpiyə satılan diabet çayı indi 2 manata, uşaqlar üçün soyuqdəyməyə qarşı satılan dərman əvvəl 4 manat 80 qəpiyə idisə, indi 5 manata satılır. Bundan başqa  “Panangin”in qiyməti 2 manat 50 qəpikdən 3 manata qalxıb. 3 manata satılan “Quttalaks” isə 4 manat olub. Bundan başqa, “Nitroqliserin” 80 qəpikdən 1 manat 30 qəpiyə qalxıb. Həmçinin, “Ekstrakt valerianı” əvvəllər 20 qəpik idisə, indi 30 qəpik olub. Ümumiyyətlə, dərmanların hamısında 10 qəpik 1 manat arası bahalaşma var.
Baş çəkdiyimiz apteklərdən qiymətlərin bahalaşmasının səbəbi ilə maraqlandıq. Aptek işçilərinin  bir qismi səbəbi izah edə bilmədi. Bəziləri isə onlara neçəyə deyiblərsə, o qiymətə də satdıqlarını bildirdilər. Alıcılar isə təbii ki, narazı idilər. Şəkər xəstəsi olduğunu və daim aptekdən diabet çayı aldığını deyən Afaq Nəbiyeva bir gün əvvəl 1 manat 80 qəpiyə aldığı dərmanı indi 2 manata aldığını söylədi: “Gündə bir qiymət qoyurlar. Hansı dərmanları baha satmaq lazım olduğunu da çox gözəl bilirlər. Elə dərmanları bahalaşdırıblar ki, bilirlər ki, insanlar o dərmanlar olmasa, yaşaya bilməz”.
 
Söhbətə qatılan digər alıcı Nuray Əhmədova isə uşaqları üçün soyuq dəymə əleyhinə dərman aldığını bu dərmanın da qiymətində 50 qəpik bahalaşdığını deyirdi. Bir sıra alıcılar isə bunu soyuqların düşməsi ilə əlaqələndirirdilər.
Alıcı Ənvər Səlimov deyir ki, xüsusən də uşaqlar üçün soyuqdəymə əleyhinə qiymətlərin bahalaşdırılması təsadüfi deyil: “Havalar soyuyub. Bilirlər ki, belə havalarda uşaqlar tez-tez qrip olur. Valideyn də məcburdur uşaq üçün olan soyuqdəymə əleyhinə dərmanlardan alsın. Ona görə də bu tip dərmanları bahalaşdırıblar ki, onsuz da neçəyə olsa alacaqlar”.
Digər alıcı isə deyir ki, qiymətlərin vahid olduğunu və ucuzlaşdığını eşidəndə çox sevinib. Ancaq onun bu sevinci uzun çəkməyib: “Yaşlı insanam. Hər an dərmana ehtiyacım olur. Televiziyadan eşitdim ki, qiymətlər bütün apteklərdə eyni olacaq. Həm də dedilər ki, bir sıra dərmanların qiyməti ucuzlaşdırılacaq. Bu xəbərə çox sevinmişdim. Ancaq görürəm ki, heç nə dəyişilməyib. Yenə həmişəki kimi sözdə hər şeyin olacağını deyirlər, reallıqda və əməldə isə köhnə hamam köhnə tasdır”.
Qeyd edək ki, bahalaşma ilə yanaşı dərmanların qiymətində vahidlik prinsipi də pozulduğunu müşahidə etdik. Bir dərman bir aptekdə başqa qiymətə digərində isə tamamilə fərqli qiymətə satılırdı. Maraqlıdır, qiymətlərin səbəbsiz yerə bahalaşmasına səbəb nədir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, dərmanlar əhalinin cibinə görə baha hesab oluna bilər: “Qiymətləri Tarif Şurası müəyyənləşdirir. Xüsusən də soyuqdəymə əleyhinə dərmanlar, “Parasetamol” əsaslı dərmanlardır. Onlar müxtəlif adlar daşısa da parasetamol əsaslıdır. Adətən xarici ölkələrdə bu dərmanlarda aptek şəbəkəsində yox, marketdə satılır. Bu baxımdan da onların qiymətləri ilə bağlı məsələni Tarif Şurası müəyyən edir. Tarif şurasının qiymətlər haqqında bir söz deməsi çətindir. Çünki onlar qiymətləri hesablayarkən həm maya dəyərini, həm yol nəqliyyat, gömrük xərclərini, həm də sahibkar gəlirlərini nəzərə alırlar. Ancaq azad rəqabət olsaydı, bu dərmanların qiymətləri reallığa uyğun olardı. Amma bir şeyi qeyd etmək istəyirəm ki, dünyanın hər yerində dərmanlar bahadır. Sadəcə olaraq bizdə keyfiyyətli dərmanlar çox bahadır. Amma dünya miqyasında keyfiyyətli dərmanların qiyməti ümumiyyətlə bahadır”.
Xatırladaq ki, 5 iyun 2015-ci ildə Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropa Liqası: “Qarabağ” və “Qəbələ” son sınaq qarşısında

Next Post

“Mona Liza” şəklinin altında gizli portret aşkarlanıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Mona Liza" şəklinin altında gizli portret aşkarlanıb

Nazir gəmidə ölən komandirin dəfnində - FOTOLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.