"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AQC sədri Prezidentin səlahiyyətli nümayəndəsi ilə görüşüb

10 Aprel 2023 - 18:14
in İQTİSADİYYAT

 

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli paytaxtdan olan bir qrup iş adamı ilə görüşüb. Elchi.az xəbər verir ki, görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib və Naxçıvanda biznes fəaliyyəti ilə məşğul olmaq üçün təkliflərini xüsusi nümayəndənin diqqətinə çatdırıblar.

Öz növbəsində qonaqları salamlayan Prezidentin səlahiyyətli nümayəndəsi bildirib ki, Naxçıvanın iqtisadi həyatında yeni mərhələ başlayır və Muxtar Respublikanın rəhbərliyi iş adamlarının fəaliyyətində maraqlıdır. Fuad Nəcəfli qeyd edib ki, azad rəqabət şəraitində iş adamlarının Naxçıvanda fəaliyyəti üçün münbit şərait yaradılacaq.

Görüşdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, “VECON CONSULTİNG” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc da iştirak edib. AQC sədri vuğrulayıb ki, dövlət və özəl sektorda zəngin iş təcrübəsinə malik Fuad Nəcəflinin cənab Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi təyin olunması mühüm addımdır: “2018-ci ildən başlayan və cəmiyyətin bütün sahələrini əhatə edən kompleks islahatlar planının tərkib hissəsi olaraq gənc və peşəkar kadrların yüksək dövlət vəzifələrinə təyinatı idarəetmə sistemində yeni mərhələnin başlanğıcıdır. Əminik ki, bu islahatlar ölkəmizin inkişafına, idarəetmədə peşəkarlığın və şəfaflığın artırılmasına rəvac verəcək”.

V.Oruc səlahiyyətli nümayəndənin diqqətinə çatdırıb ki, rəhbəri olduğu “VECON CONSULTİNG” qiymətləndirmə şirkəti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) subyektləri xidmət sahəsində fəaliyyət göstərir: “Məlumat üçün bildirim ki, Qiymətləndiricilər Cəmiyyəti (AQC) 60-a yaxın qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir və ölkə qiymətləndiricilərinin yeganə platformasıdır. Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının üzvü olaraq beynəlxalq qiymətləndirmə standartlarının ölkəmizdə tətbiqi, eləcə də milli qiymətləndirmə standartlarının formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Naxçıvanda fəaliyyət göstərən qiymətləndirmə şirkətlərinin də cəmiyyətimizə inteqrasiyası və sertifikasiya kurslarında və imtahanlarında iştirakı təşəbbüsü ilə çıxış edirik. Azərbaycanda qiymətləndirmə sertifikasiyasını həyata keçirən vahid qurum olaraq Naxçıvanda fəaliyyət göstərən qiymətləndiricilərlə də əməkdaşlığın artırılmasında maraqlıyıq. Obyektiv səbəblərdən bu günə qədər təmaslarda gecikmələr müşahidə olunub”.

Dövlət satınalmaları zamanı şəffaflığın təmin olunmasının vacibliyindən bəhs edən V.Oruc  əlavə edib ki, bu ölkədə dayanıqlı və rəqabətli iqtisadiyyatın formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir: “Rəhbəri olduğum “VECON CONSULTİNG” qiymətləndirmə şirkəti ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən biridir və bu günə qədər minlərlə layihəni icra edib. Naxçıvan Muxtar Respublikasında da qiymətləndirmə layihələrimiz olub və əminik ki, bundan sonra da davam edəcək. Ümidvaram ki, sizin rəhbərliyiniz dövründə peşəkar biznes subyektlərinin Naxçıvanda fəaliyyəti üçün əlverişli şərait yaradılacaq”.

AQC sədrini salamlayan Prezidentin səlahiyyətli nümayəndəsi söyləyib ki, Naxçıvanda azad biznes və rəqabət mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılacaq: “Bizim qapımız hər kəsə açıqdır. Əminik ki, sizlərlə birlikdə böyük işlər görəcək, Naxçıvanın inkişafına mühüm töhfələr verəcəyik” – deyə Fuad Nəcəfli fikrini yekunlaşdırıb.

Havar Şəfiyeva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mövcud su resurslarını etibarlı şəkildə qorumalıyıq – AZƏR BADAMOV

Next Post

Zaxarova: London mərmiləri uranla təmin etməklə Ukraynanın torpaqlarını yandıracaq

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Zaxarova: London mərmiləri uranla təmin etməklə Ukraynanın torpaqlarını yandıracaq

Zaxarova: London mərmiləri uranla təmin etməklə Ukraynanın torpaqlarını yandıracaq

Amerikanın Luisvil şəhərinin mərkəzində atışma zamanı çoxlu insan yaralanıb

Amerikanın Luisvil şəhərinin mərkəzində atışma zamanı çoxlu insan yaralanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.