"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aqşin tez-tez bayılır, qanı laxtalanır – Anası

22 Dekabr 2023 - 16:02
in CƏMİYYƏT

Aqşinin sağlamlığı yerində deyil. Tez-tez özündən gedir. Saatlarla ayılmır. Həkimə apardıq. Orda da bayıldı. İynə vurdular. Deyirlər ki, qanı laxtalanır.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bu sözləri erməni əsirliyindən azad olunan Azərbaycan əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

Onun sözlərinə görə, oğlu əsir düşdükdən sonra sağlamlığında ciddi problemlər yaranıb:

“Gördüyü işgəncələr səbəbindən belə vəziyyətə düşüb. Vurulan iynələr, bədəninə verilən cərəyan onun sağlamlığına zərər verib. Təcili şəkildə qanı yuyulmalıdır. Yolda getdiyi yerdə də ürəyi partlaya bilər. Həkimlər deyir ki, güclü qan laxtalanması var. Qanı yaxşı işləmir. Rəngini də görmüsünüz necədir. Psixoloji, nervoloji müalicə keçməlidir. Yanında söhbət edə bilmirik. Ancaq qıcıq yaratmayan söhbətlər edirik ki, ona pis təsir etməsin. Yəqin ki, DTX hospitala yatırdar. İmkanım yoxdur uşağı müalicə etməyə”.

Sağlığı ilə bağlı yaşadığı problemdən danışan Aqşin isə bayılma hallarının Ermənistanda da olduğunu bildirib. Vətənə qayıtdıqdan sonra vəziyyətinin daha ciddi olduğu anlaşılıb:

“Bacardığım qədər ayaq üstə qalmağa çalışıram. Yaşadığım yadıma düşəndə ürəyim gedir. Bakıya gələndən sonra vəziyyətim daha da pisləşib. Ermənistanda da olurdu. Bu vəziyyətlə bütün günü yaşayırdım, düşünürdüm ki, səbir edim, tezliklə Vətənimə gedəcəm. Orada bu vəziyyətə düşəndə yardım olunmurdu. Gələndən sonra isə bu hala tez-tez düşürəm, ürəyim gedir”.

Evdə müalicə olduğunu və onunla birlikdə əsir düşən Hüseyn Axundovla tez-tez danışdığını deyən Aqşin hərbi xidmətin davam etdirilməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Məncə, hərbi xidmətim başa çatmış sayılır. Bu barədə DTX ilə yenə də dəqiqləşdirmə aparacam. Məncə, bitib. Lakin bu barədə dəqiq heç kim danışmayıb mənlə”.

Qeyd edək ki, erməni əsirliyində olan əsgərlərin hərbi xidmətlərini davam etdirilməsi ilə bağlı məsələyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də aydınlıq gətirib. Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov saytımıza bildirib ki, hərbi qulluqçu əsir düşdükdə həmin müddət ərzində onun həqiqi hərbi xidməti dondurulmur. Müddətli həqiqi hərbi xidmətə onun əsirlikdə olduğu vaxt da daxildir.(axar.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Darıxmağın dadı” kitabının təqdimatı baş tutdu

Next Post

473 hərbçiyə yeni mənzillər veriləcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
473 hərbçiyə yeni mənzillər veriləcək

473 hərbçiyə yeni mənzillər veriləcək

Rusiyanın bu addımı qəbuledilməzdir – Simonyan

Rusiyanın bu addımı qəbuledilməzdir - Simonyan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.