Aralıq dənizini keçməyə çalışan 500-ə yaxın nizamsız miqrantın olduğu qayığın yoxa çıxdığı açıqlanıb.
xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Aralıq dənizi Koordinasiya Ofisinin sözçüsü Flavio Di Giacomo, Twitter hesabından paylaşım edərək, “500 miqrantı daşıyan və izləri itən qayığın taleyi ilə bağlı hələ heç bir məlumat yoxdur. Təcili yardım qrupu tərəfindən həyat dəstəyi axtarışları fasiləsiz davam edir”,-ifadələrdən istifadə etmişdir.
Di Giacomo itkin düşənlərə çatmaq üçün axtarış-xilasetmə fəaliyyətlərinə lazımi dəstəyin verilməsini istəyib.
Nuranə Məmmədova






