Argentinada keçirilən prezident seçkilərində qalib gələn və ölkənin yeni prezidenti olmuş ifrat sağçı siyasətçi Xavyer Milei and içib. Mərasimdə Latın Amerikasının siyasi liderləri ilə yanaşı, Ukrayna prezidenti Vladimir Zelenski və Macarıstan prezidenti Viktor Orban da iştirak edib.
Elchi.az xəbər verir ki, Argentinada noyabrın 19-da keçirilən seçkilərdən sonra prezident seçilən ifrat sağçı ekstremist Xavyer Milei rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Andiçmə mərasimi paytaxt Buenos-Ayresdəki Milli Konqresdə keçirilərkən, Milei əvvəlki prezident Alberto Fernandezdən prezident kəməri və qamışını aldı.
Mərasimdə iştirak edən siyasətçilər bunlardır: Ermənistan prezidenti Vaaqn Xaçaturyan, Ekvador prezidenti Daniel Noboa, Paraqvay prezidenti Santiaqo Penya, İspaniya kralı VI. Felipe, Çili Prezidenti Qabriel Boriç, Uruqvay Prezidenti Luis Lakalle, Ukrayna Prezidenti Vladimir Zelenski və Macarıstan Prezidenti Viktor Orban.
Nuranə Məmmədova






