Argentinanın sağçı populist prezidenti Xavyer Mileinin “şok terapiyası”ndan əvvəl ilk addım Argentina Mərkəzi Bankından gəldi. Bank yeni proqram elan olunana qədər dollara girişi məhdudlaşdırıb.
Elchi.az xəbər verir ki, Argentina Mərkəzi Bankı prezident Xavyer Mileinin administrasiyası inflyasiyanın aradan qaldırılmasına yönəlmiş şok terapiya proqramının ilk tədbirlərini elan edənə qədər rəsmi məzənnə ilə dollara çıxışı məhdudlaşdırmaq qərarına gəlib.
Bank bazar ertəsi bildirib ki, pesonun həddindən artıq dəyərləndiyi ölkənin rəsmi valyuta bazarı, Milei komandasına inzibati prosedurlara riayət etmək və öz siyasətini həyata keçirmək üçün vaxt vermək üçün məhdud əməliyyatlarla fəaliyyət göstərəcək.
Bu açıqlamadan sonra investorlar yaxın bir neçə gün ərzində valyutanın böyük devalvasiyaya uğrayacağını proqnozlaşdırırlar. Prezidentin sözçüsü Manuel Adorni deyib ki, xərcləri ciddi şəkildə azaldacağını vəd edərək vəzifəyə başlayan Mileinin iqtisadiyyat naziri Luis Kaputo ilk tədbirlərini açıqlayacaq.
Şayəstə Hüseynova






