Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir

>

Bunu da oxuyun

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Sücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Elchi.az Report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Əkbərov vəsatət qaldırıb.

O, zərərçəkmiş Arif Alışanovun da məhkəmədə iştirak etməsini tələb edib. Buna görə də məhkəmə iclasının təxirə salınmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda məlum olub ki, zərərçəkmiş A.Alışanovun məhkəməyə mülki iddiası daxil olub. O, təqsirləndirilən S.Əkbərovdan 4 milyon 582 min manatın tutulmasını, həmçinin onun əmlaklarının üzərinə qoyulub, özünə yönləndirilməsini istəyib.

Mülki iddia məhkəmə icraatın qəbul edilib.

Prosesdə təqsirləndirilən S.Əkbərovun vəkili vəsatət qaldırıb. O qeyd edib ki, müvəkkilinin səhhətində problem var və buna görə də onun barəsində tibbi ekspertiza keçirilməlidir.

Təqsirləndirilən S.Əkbərov da səhətində problem olduğunu, tibbi ekspertizanın keçirilməsini istəyib: “Bu iş yaxşı araşdırılmalıdır, bunun bir ucu gedib, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova çıxır”.

Məhkəmə müşavirə otağına yollanıb.

Vəsatət təmin edilməyib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728