"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arif Hacılı ilə bağlı ifşaedici FOTOFAKT…

10 Oktyabr 2014 - 16:04
in FLƏŞ, SİYASƏT

Müsavat Partiyasında başqan seçkisi başa çatsa da namizədlər arasında dava-qırğın bitmək bilmir. Sosial şəbəkələrdə bir-birlərini “ağ yuyub, qara sərən” Arif Hacılı tərəfdarlarının seçkiqabağı gizlin birlikləri, qruplaşmaları ortaya çıxıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

1Azvision.az-ın araşdırması zamanı məlum olub ki, başqan seçkiləri zamanı müsavatçılar bir-birinə qarşı qrup şəklində “gizli kampaniya” aparıblar. Seçkilər başa çatdıqdan sonra isə bu gizli qrupdakı pıç-pıç “uzkiy kruq”dan kənara çıxıb. Ondan əvvəl isə başqanlığa namizəd olan Arif Hacılı 228 səs toplayaraq Müsavat Partiyasının rəhbəri seçilib. Amma… gizli qrupdan xəbər tutan Arif Hacılı “əleyhdarları” qisas almaq üçün facebook sosial şəbəkəsi vasitəsilə həmin söhbətləri ortalığa tökmək qərarı veriblər.

Başqanlığa digər namizəd Qubad İbadoğlunu dəstəkləyən müsavatçılar çox uzağa getmədən, baltanın sapı özümüzdən olsun deyərək, Müsavat partiyasının üzvü Yalçın Abbaslının Facebook profilini sındıraraq səhifəsində screenshotlar yerləşdiriblər.

Screenshotlardan göründüyü kimi, seçkidən öncə Arif Hacılı və tərəfdarları tərəfindən Facebook sosial şəbəkəsində gizli qapalı qruplar yaradılıb. Gizli qrup seçki ərəfəsində və ondan sonra Arif Hacılı tərəfdarlarının ortaq məxrəci kimi fəaliyyət göstərib.

Qrupda yazılanlara diqqət yetirəndə aydın görmək olur ki, Arif Hacılı öz opponentlərinə qarşı gizli şəkildə kampaniya aparmaq üçün bu yola baş vurub. Arif Hacılı tərəfdarlarını ən çox da narahat edən Qubad İbadoğlunun başqanlığa namizədliyini verməsi olub.

Gizli qrupda aktiv olan Müsavat partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı Qubad İbadoğlunun statusunun altında yazdığı şərhin “layk” yığa bilməsi üçün Arif Hacılının tərəfdarlarından “layk” istəyir.

“Xahiş edirəm Qubad İbadoğlunun son statusunun altındakı kommentimə ciddi təşkil edək və likelar çox olsun. Komment də yazmağın mümkünsə bunu daha çox adama etdirək”.

Arif Hacılının yaratdığı gizli qrupda Qubad İbadoğulunun hakimiyyəti müsavatçılar tərəfindən lağa qoyularaq “Qubadistlər” hakimiyyəti adlandırılır. Bu da digər müsavatçının qrupda yazdığı gizili status:

“Bir dəstə Qubadist hakimiyyətin dəstəyi ilə Müsavatın axırına çıxmaq istəyir. Hər cürə iftiralarla, şər-böhtanlarla üstümüzə hücuma keçiblər. Bunların ağzını yuman, ağzından vuran olmayacaqmı?Bu saxtakar dəstədən nifrət edirəm iyrənirəm onlardan”.

Arif Hacılının tərəfdarlarından olan Heybət Əmrah Qurultay öncəsi digər namizəd Qubad İbadoğluya səs verməsi üçün ona zəng edildiyini vurğulayır:

“Adamda sifət var eee. Qurultay öncəsi Əlövsət Talışxanlı şəxsən mənə zəng vurub Qubad İbadoğluya səs istəyib. Ümumiyyətlə mənə 4 zəng olub, hamısı da Qubad İbadoğluya görə. Əgər hər hansı pozuntu var idisə, Əlövsət Talışxanlı MTNK üzvü kimi qurultayda hesabat verəndə niyə demədi? İndi ağzına gələni danışır. Həyəsazlığın dərəcəsinə bax ki, 77 sifəti olan bu adam İsa bəyi nədəsə günahlandırır”

Digər müsavatçı Rüfət Baxışbəyli də o Arif Hacılının gizli qrupunun üzvlərindəndir. Seçki zamanı Rüfətin: `elə istəyirəm bunların hər statusunun altından Poah yazam, məntiqsiz, rabitəsizlər dəstəsi” statusu isə qrup üzvləri tərəfindən bəh-bəhlə qarşılanır`

Screenshotlardan aydın görünür ki, Arif Hacılının tərəfdarları digər namizədlərin tərəfdarlarını “üsyançılar” adlandırır:

`Bu günkü təpkidən sonra fikir verirsiniz ki, üsyançılar geri çəkiliblər. Bax, belə lazımdır, bəsdir daha onların nazı ilə oynadıq, söz deyənə anında qapını göstərmək lazımdır`

Arif Hacılının tərəfdarları seçki gedə-gedə başqanlığına keçmiş namizəd Səxavət Əlisoyun şəklini paylaşaraq, seçkinin nəticələrindən sonra gözlərinin bərəldiyini yazıblar:

Müsavat Partiyasının Qadınlar Təşkilatının eks sədri Vəfa Cümşüdlü isə seçki gedə-gedə “Partiyadan gedib yerimizi Əli Abbasova verməliyik” şərhi verib.

Başqanlığa namizəd Qubad İbadoğlunun qurultay zamanı çıxışı Arif Hacılının gizli tərəfdarları arasında müzakirə olunur:

Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirlinin istefası isə qrup üzvləri tərəfindən açıq-aşkar dəstəklənir:

Qeyd edək ki, gizli qrupdakı aşkar materiallar ortaya çıxandan sonra müsavatçı Elçin Carullazadə də partiya sıralarından istefa verib. O bildirib ki, Arif Hacılının tənqidçilərinin istefası Müsavat üzvlərini sevindirsə də, artıq gənclər bu yolda mübarizə aparmaqdan iyrəniblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident İlham Əliyev MDB-nin hələ tükənmədiyini dedi

Next Post

Fahişəxanaya çevrilən obyektin müdiri kimi təqdim olunan müğənni danışdı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Fahişəxanaya çevrilən obyektin müdiri kimi təqdim olunan müğənni danışdı

Məmur oğlunun öldürdüyü 17 yaşlı gəncin qanı batır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.