"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arif Hacılı:“Mən hələ tələsmirəm” – MÜSAHİBƏ

08 Sentyabr 2014 - 13:17
in SİYASƏT MANŞET

arif_haciliMüsavat başqanlığına əsas iddiaçılardan hesab olunan partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.az-a müsahibəsində namizədliyini hələ də rəsmən irəli sürməməsinin səbəbləri, başqanlıq yarışında rəqabət mühiti, həmçinin qurultayla bağlı məsələlərə aydınlıq gətirib.

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

– Arif bəy, başqanlığa əsas namizədlərdən biri hesab olunursunuz. Amma hələ də rəsmi olaraq namizədliyinizi irəli sürməməsiniz.

– Mən hələ tələsmirəm. Vaxtı gələndə namizədliyimi rəsmən irəli sürəcəm və bu barədə mətbuatı məlumatlandıracam.

– Bəs hansısa təbliğat kampaniyası aparırsınızmı?

– Rəsmi namizəd olmadığım üçün kampaniyaya başlamamışam. Bu seçki kampaniyasında bizim opponentlik etdiyimiz şəxslərin Müsavatın üzvü olduğunu, həmçinin seçkilər başa çatandan sonra yenə də fəaliyyətimizi birlikdə davam etdirəcəyimizi nəzərə alaraq, mən böyük, partlayışlı seçki kampaniyası aparmaq niyyətində deyiləm. Namizədliyimi hələ də irəli sürməməyimin səbəblərindən biri budur.

– Yəni seçki kampaniyanız sadə olacaq?

– Təbii ki, namizədliyimi irəli sürəcəyim təqdirdə təbliğat-təşviqat kampaniyası qurulacaq. Amma bu, mənim, adətən, apardığım seçki kampaniyalarından ciddi surətdə fərqlənəcək.

– Bu günlərdə Rəsulzadənin həyatda olan silahdaşlarından Yəhya Taşdələn sizi dəstəklədiyini açıqladı. Bu, sizin üçün daha bir dəstək demək deyilmi?

– Mən hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycanı sevən insanların Müsavatın qurultayına marağını yüksək qiymətləndirirəm.

– Bəzən mətbuatda başqanlığa namizədlər arasında kəskin mübarizə getdiyi haqda xəbərlər yayılır. Rəqabət mühiti necədir?

– Təbii ki, müəyyən rəqabət mühiti var. Buna təbii və normal yanaşmaq lazımdır. Müsavat Azərbaycana demokratik mübarizə və fəaliyyət nümunələri gətirib. Bu da növbəti bir nümunədir.

– Maraqlıdır ki, qurultay sentyabrın 27-nə təyin edilib və vaxt getdikcə daralır. Amma qurultayı keçirmək üçün yer problemi hələ də qalır. Ola bilərmi ki, qurultay müəyyən müddətə təxirə salınsın?

– Bakı Şəhər İcra Hakimiyyətinə qurultayı keçirmək üçün yerlə bağlı müraciət göndərilib. Müəyyən sarayların rəhbərliyi ilə də danışıqlar aparılıb. Hökumət siyasi iradə göstərsə, bunu bir günə də həll etmək olar. Nəzərə alsaq ki, onların cavab məktublarında müxtəlif şadlıq evləri ilə danışıqlar aparılması təklif olunub. Biz bu təklifləri nəzərə almışıq. Düşünmürəm ki, hökumət qurultayın uzanması üçün bundan sonra da hansısa addımı atsın. İnanıram ki, sentyabrın 27-də qurultay keçirdə biləcəyik. Hazırda Müsavatın özündən asılı heç bir problem yoxdur. Qurultay üçün işlər tam şəkildə yekunlaşdırılır, seçki kampaniyası gedir. Biz sentyabrın 27-nə qurultayı keçirmək üçün zəruri olan ilkin prosedurları həyata keçirmişik. Müsavatın özünün təşəbbüsü ilə qurultayda ləngimələrin olacağı gözlənilmir. Yalnız hökumət tərəfindən nəsə maneələr olarsa, qurultay təxirə salına bilər.

– Qurultayın partiyanın qərargahında keçirilməsi kimi təkliflər də var.

– Bu, müzakirə olunan mövzulardan biridir. Amma düşünmürəm ki, hakimiyyət dairələri qurultay üçün yer ayıracaqlar.

– Arif bəy, son bir məsələni soruşmaq istəyirəm. Belə bir fikir var ki, müsavatda üstqurumun yaradılması və İsa Qəmbərin veto hüququnun saxlanılması üçün qurultaya təklif veriləcək. Bu barədə nə deyə bilərsiniz?

– Bununla bağlı müxtəlif təkliflər var və bütün təkliflər müzakirə olunur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

11-ci və 12-ci siniflər təmayüllər üzrə olacaq – Azərbyacanda

Next Post

Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul cəzası

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

Eldar Əzizovdan ehsan verənlərə 400 manat pul cəzası

“AMAY”ın həbsdə olan rəhbərinin həbs müddəti uzadılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.