"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arif Məmmədov qalmaqalının sirri: `…Ayaz Mütəllibovun kadrıdır`

19 İyun 2015 - 13:24
in GÜNDƏM

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

“Arif Məmmədovun Azərbaycan hakimiyyətinə qarşı çıxmasında, sərt ifadələr səsləndirməsində Abbas Abbasovun və Eldar Həsənovun əli var. Bu istisna deyil”

Bu fikirləri AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseyinli deyib.

Son günlər keçmiş səfir Arif Məmmədovla bağlı qalmaqala toxunan Q.Hüseynli hesab edir ki, Abbas Abbasovun çevriliş planından hakimiyyət xəbərdardır. Onun sözlərinə görə, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovun hakimiyyətə qarşı mövqe sərgiləməsi haqda yayılan məlumatlar təsadüfi deyil.

“Düzdür, Eldar Həsənov və Abbas Abbasovun Arif Məmmədovla iş birliyində olması haqda xəbərlər mətbuat səhifələrində yayılıb. Bu barədə rəsmi bir açıqlama yoxdur. Amma son hadisələr, xüsusilə Məmmədovun işi ilə bağlı toplantı keçirilməsi, orada Eldar Həsənovun xüsusi fikirlər səsləndirməsi, hətta bu barədə Abbas Abbasovla danışması real görünür.

Əslində konkret faktlar olmasa da virtualən belə bir variantın mümkünlüyünü istisna etmirəm. Görünür, Arif Məmmədovun danışdırılmasında bu iki şəxsin rolu var. Onlar əvvəldən tanışdırlar. Bütün bunlar rol oynaya bilər”.

Q.Hüseynlinin sözlərinə görə, hakimiyyət orqanları Arif Məmmədov məsələsini ciddi araşdırmalıdır: “Abbas Abbasova heç bir şübhə yoxdur. Arif Məmmədov açıq şəkildə bəyanatlar verir. Eldar Həsənovun səsi çıxmır, təbiət etibarilə o, belə adamdır. Həsənov əsasən kulislər arxasında danışmağı sevir. Ona görə də hakimiyyət orqanları məmurlarının işi ilə bağlı araşdırma aparmalı və ictimaiyyətə məlumatlar çatdırmalıdır.

Təəssüflər olsun ki, ciddi skandal doğuran hadisə baş verir, amma hərəkət yoxdur. Görünür, bu Avropa Oyunları ilə bağlıdır. Yəqin ki, Oyunlardan sonra bu məsələyə hansı reaksiyanın olacağını görəcəyik. Hər halda ciddi bir hadisənin olduğu göz önündədir”.

A.Abbasovun Azərbaycan hakimiyyətinə qarşı aqressiyasından danışan politoloq bunun heç də səbəbsiz yerə olmadığını deyir.

“Abbas Abbasovu Ayaz Mütəllimovun kadrı kimi xarakterizə etmək lazmıdır. O, Heydər Əliyevin kadrı deyil. Heydər Əliyevin dövründə Rusların təsiri ilə o, baş nazirin birinci müavini vəzifəsinə kimi yüksəlmişdi. Bu vəzifədə özünü kifayət qədər konfortlu hiss edirdi. Yalandan belə bir ideya da yaratmışdı ki, Rusiyada geniş əlaqələri var. Yeltsinin dövründə müəyyən əlaqələr yaratmışdı, hansı ki o əlaqələri yaratmaq o qədər də çətin deyildi. Şəxsən mən onun ciddi əlaqələrinin olduğunu və yaxud Azərbaycana xeyir gətirə biləcək hər hansı addım atdığının şahidi olmamışam. Ona görə də o vəzifədən uzaqlaşdırıldı.
Buna görə də onun Azərbaycan hakimiyyətindən böyük incikliyi var. Baxmayaraq ki, oğlu hazırda millət vəkilidir”.

Abbas Abbasovun ambisiyalı adam olduğunu deyən Q.Hüseynli onu da bildirib ki, Rusiya ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir.

Politoloqun sözlərinə görə, təqaüdə çıxmış və rahat həyat yaşamalı olan şəxs yenidən qalmaqallı, öz dövlətinə qarşı istifadə olunan bir şəxsə çevrilib: “Rusiyanın Azərbaycana təsiri böyükdür. Burada aranı qarışdıra bilər. Amma hakimiyyətin dəyişməyən sosial bazası kifayət qədər prinsipial mövqelərdə dayanan şəxslərdən ibarətdir. Lazım gələrsə, onlar bu şəxslərə qarşı ən radikal addımları ata bilərlər. Odur ki, arxasında istər Rusiya, istərsə də Amerika olsun, Azərbaycan dövlətçiliyi möhkəmdir, əmin əllərdədir və öz ayaqları üzərinə durmağa qadirdir. Digərlərinin düşündükləri boş xəyallardır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ziya Məmmədov, ”qiyamçı” səfir və Abbas Abbasov…

Next Post

Ayxan Tağızadə: “Prezident telefonda dedi ki…”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Ayxan Tağızadə: "Prezident telefonda dedi ki..."

Pomidor yeyənlər palazqulaq uşaq doğacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.