
“Rusiya Arktikanı milliləşdirməklə məşğuldur. Rusiya buranı özü üçün açıq zonaya çevirib”.
Bu bəyanatı ABŞ-ın sahil mühafizəsi qüvvələrinin komandanı, admiral Paul Zuknft Milli Mətbuat Mərkəzində çıxışı zamanı söyləyib.
Paul Zuknft qeyd edib ki, Sahil Mühafizənin buzqıran gəmilərinin sayı 1977-ci ildən bəri iyirmi gəmidən yeddi gəmiyə qədər azaldılıb və bunlardan yalnız biri ağır buzqıran gəmidir.
Rusiya Donanması isə 20 buzqıran gəmiyə malikdir, bir neçə belə gəmi isə hazırlanma ərəfəsindədir.
Sahil Mühafizəsinin komandiri bildrib ki, o, mütəmadi olaraq, Arktika problemini ABŞ-ın Dəniz Donanması Qüvvələrinin qərargah rəisi Conatan Qrinert və başqa yüksək rütbəli hərbiçələrlə müzakirə edir.
Rusiya xəbər agentliyinin məlumatına görə, ABŞ uzaq şimalda öz maraqlarını müdafiə etmək üçün çox funksional buzqıran gəmilər hazırlamaq istəyir.
Rusiyanın müdafiə naziri Serqey Şoyqu fevral ayının sonunda verdiyi bəyanatda bildirmişdi ki, Rusiyanın Arktikadakı hərbi iştirakı onun millli təhlükəsizlik maraqları baxımından vacibdir. Nazir onu da qeyd etmişdi ki, Arktikanın hərbi müdafiəsi milli maraqlarla bağlıdır.



