"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Armen Ciqarxanyan: “Azərbaycanla danışıb razılığa gəlmək lazımdır”

13 Aprel 2016 - 09:17
in aktual-banner, Banner, XƏBƏR LENTİ

Armen Ciqarxanyan: "Azərbaycanla danışıb razılığa gəlmək lazımdır"
Moskvada yaşayan məşhur erməni aktyoru Armen Ciqarxanyanın Ermənistan mətbuatına müsahibəsi

– Bunu açıq şəkildə və vicdanla deyirəm. Eşitmişdim ki, Ermənistan hökuməti Türkiyə ilə ünsiyyət qurmağa çalışır. Buna çox sevinmişdim. Niyə?

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Misal çəkəcəm. Biz Yerevana qastrola getməliydik. Təyyarə ilə gedə bilmədik, dekorasiya böyük idi, 3 metr kəsmək lazım idi. Bir alman şirkəti tapdıq. Həmin şirkət dekorasiyaların daşınması ilə məşğul olur. Soruşduq ki, necə aparacaqsız? Dedilər – çox asan, Ermənistana Türkiyədən gedəcəyik. Belə də etdilər.
Bu nə deməkdir? Yəni hansısa işi görmək istəyi vacibdir. Danışmaq, mülahizələr yürütməklə iş düzəlmir. Təkrar edirəm. Səmimi deyirəm – mən yaxşı erməniyəm, Ermənistanı da sevirəm – eşidəndə ki, Ermənistanın indiki hakimiyyəti Türkiyə ilə münasibətləri yoluna qoymaq istəyir, birlikdə futbola baxmağa gedir… sevindim.
Çünki onlar bizim qonşularmızdır.

– Armen Borisoviç, bəs soyqırım, Qarabağ məsələsi… ilkin şərtlər… bunlar necə olsun?

– Problem çoxdur. Bütün ölkələrin problemləri var. Hətta İngiltərənin də

Ermənistanda bir qrup müxalifətçi gənc “Susmayaq” təşəbbüsü çərçivəsində dünya ölkələrində yaşayan məşhur ermənilərdən mətbuat üçün müsahibələr alır, “Ermənistanı necə xilas etmək olar?” sualının cavabını onlardan da soruşur, bundan başqa onları ölkənin gələcəyi naminə birləşərək Ermənistan hakimiyyəti qarşısında tələblər qoymağa çağırır. Gənclər Moskvada yaşayan məşhur erməni aktyoru Armen Ciqarxanyanla da söhbətləşiblər. Ona “Əhali Ermənistandan faciəvi templə qaçır. Hökumətsə bunun qarşısını almır. Bu haqda nə düşünürsüz?”, yaxud “Ermənistandakı oliqarxik rejim. monopoliyalar, mafiya haqda nə düşünürsüz?” kimi suallar verilib. Müsahibənin Qarabağ problemi ilə bağlı hissəsini “Oxu zalı”nda təqdim edirik

Argentina ilə problemi var. Problem çoxdur, amma bu o demək deyil ki, problemi olanlar bir-birini öldürməlidir. Hesab edirəm ki, biz hökuməti də məhz bundan ötrü seçirik. Onlar bununla məşğul olmalıdırlar. Dallarını üstündə oturmayıb iş görməlidirlər. Əlbəttə bu, çətin məsələdir. Belə məsələlər beş dəqiqəyə həll edilmir. Bəli, soyqırım olub. milyonlarla insan… Amma biz haçanacan bir-birimizdən qisas alacağıq? Danışıb anlaşmaq lazımdır…

– Armen Borisoviç, keçən il sizin Azərbaycanın media orqanlarından birinə verdiyiniz müsahibə Ermənistanda birmənalı qarşılanmadı. Müsahibədə Qarabağ probleminin həllindən söhbət gedirdi. Faktiki olaraq Qarabağ və onun ətrafındakı…

– Mən sənin sözünü kəsirəm. Çünki mən həyatım boyu Qarabağ problemi ilə məşğul olmağa risk etmərəm. Amma mən bir şeyi bilirəm. Öz gözlərimlə görmüşəm. Bunu lentə almışdılar. Qarabağ məsələsi ilə bağlı bir qocanı döymüşdülər və onun ağzından qan gəlirdi. O ağlayır və anlamırdı ki, onu niyə vururlar. Mənim anladığım budur: biz yanaşı yaşayırıq və danışıb razılığa gəlməliyik. Əgər biz bundan yaxşı yol biliriksə, onda gəlin müharibə edək. Bu, boş və mənasız işdi. Biz səninlə çoxdan anlamışıq ki, heç kimə kimisə məğlub etmək müəssər olmayıb. Hər iki tərəf uduzur. Əgər yanaşı yaşayırıqsa, razılığa gəlməliyik.

– Razılığa gəlmək – tarixi erməni torpaqlarını qaytarmaq deməkdir?

– Danışıb anlaşmaq lazımdır. Üç metr götürmək… Azərbaycanlılar və ermənilər su üstündə dalaşanda Avanes Tumanyan ata minib gedir və onları fikirlərindən daşındırmağa çalışırdı. Ədavəti qızışdırmağa yox ha, aralarında anlaşma yaratmağa çalışırdı. Deyirdi ki, sənə də su lazımdı, mənə də. Gəlin cəhd edək, bu gün sən burax suyu, sabah mən. Yəni ra-zı-lı-ğa gəlmək lazımdır!

– Sizcə, razılığı necə əldə etmək olar? Onlar torpaqları istəyirlər. Bəzi əraziləri – Qarabağa status verilməsi əvəzində Azərbaycana qaytarmaq?

– Əgər mən bu məsələ ilə məşğul olsaydım – ölkənin prezidenti olsaydım, 2-3 gecə yatmazdım, fikirləşərdim ki, bunu necə eləmək olar? İndi bu suala cavab verə bilmərəm. Torpaqları qaytaraq, yoxsa yox – mən bilmirəm. Mənim bildiyim budur ki, insanlar yanaşı yaşayırlarsa, mütləq razılığa gəlməlidirlər.

– Bəs bir erməni kimi siz ərazilərin status müqabilində qaytarılmasının əleyhinəsiz?

– Mən onun əleyhinəyəm ki, ermənilər ölməsinlər. Yaxşı yaşasınlar. Mənə desinlər ki, qazı Urenqoydan daşıyıb gətirmək lazım deyil, yaxınlıqda -Türkiyənin qazı var. Mən bax bunu istəyirəm. Amma necə razılıq əldə edilməlidir və s. kimi məsələlərlə prezidentlər məşğul olmalıdırlar. Mən, sadəcə klounam. Vəssalam…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azxeber.com 6 yaşını qeyd edir

Next Post

Rəsmi Bakıdan “Lavrov təklifləri” ilə bağlı açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rəsmi Bakıdan “Lavrov təklifləri” ilə bağlı açıqlama

Qanlı döyüşlərin səbəbi Talış kəndinin kökü haradan gəlir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.