Elchi.az xəbər verir ki, Lipetsk vilayətinin qubernatoru İqor Artamonov özünün Telegram kanalında regionda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.
“Regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı qərar qəbul edilib. Kritik infrastruktur obyektlərinə xüsusi diqqət yetiriləcək”, – Artamonov yazıb.
O vurğulayıb ki, sakinlərə cənuba, xüsusən də Voronej vilayətinə səfərdən çəkinmək tövsiyə olunur.
Qubernator vətəndaşlardan sakit olmağa çağırıb.
Nuranə Məmmədova




