Türkiyə bir çox cəbhədən hücuma məruz qalır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin MHP lideri Dövlət Baxçalı çıxış edib.
Tvitter hesabında Türkiyənin terror, şiddət və dəhşətin üzünü gördüyünü yazan Baxçalı FETÖ və PKK-nın məqsədlərinə çatmadığını bildirib:
“Hücumların biri bitərkən, digəri başlayır. Türkiyədə dəhşət və qorxu səbəbindən digər məsələlər ikinci plandadır. Bu gün ard-arda gələn öldürücü xəbərlər millətimizi bir daha zəlzələ kimi sarsıtmış, bir daha dərd və narahatlığa sövq edib. Artıq səbr daşı çartlayıb”.




