"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arutyunyan “Bakı ilə dialoq”dan danışdı: Hansı “dialoq”?

21 Oktyabr 2022 - 11:16
in SİYASƏT

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən rus sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün rəhbəri Araik Arutyunyan ötən gün Ermənistan İctimai televiziyasına müsahibə verib.
Elchi.az xəbər verir ki, müsahibəsində 44 günlük müharibə nəticəsində Ermənistanın artıq Qarabağ ermənilərini “hərbi yolla qorumaq imkanının” məhv edildiyinə işarə edən Arutyunyan “Bakı ilə danışıqlar”dan başqa yol olmadığını bildirdi.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin “müstəqilliyini”, “öz müqəddəratını təyin etmə hüququnu” təmin etməyin yolu Bakı ilə danışıqlardan keçir.
Bu, Azərbaycanın yerli erməni icması ilə “qeyri-formal təmasların mümkünlüyü” haqda açıqlamasından yalnız sui-istifadə deyil, həm də bunu manipulyasiya etmək, yanlış təsəvvür yaratmaq və təbliğatı bunun üzərində qurmaq üçün edilən mənasız bir cəhddir.
Əvvəla, Azərbaycan 26 il müddətində Xankəndidəki ermənilərin danışıqların subyekti olmasına imkan verməyib və Heydər Əliyevin bu müdrik, uzaqgörən siyasətinin nəticəsində Qarabağ erməniləri “tərəf” kimi hüquqi-siyasi müstəvidən kənarda qalıblar. 44 günlük savaşda böyük qələbə əldə edən Azərbaycan heç bir halda “Xankəndi ilə” ikitərəfli danışıqlar aparmaz və bu, ən yüksək səviyyədə elan da edilib.
İkincisi, Qarabağda yaşayan 25 min civarındakı erməni icması ilə qeyri-formal təmaslar heç bir halda bu icma nümayəndələrinin “müstəqillik və öz müqəddəratını təyinetmə hüququnun” müzakirəsi müstəvisində deyil. Araik bu mümkün təmaslara “müqəddəratını təyinetmə” yarlığı yapışdırmaqla:
a) Erməni ictimaiyyətinə yalan deyir və beynəlxalq qurumlarda yanlış rəy yaratmağa çalışır;
b) Mümkün təmasların üzərindən indidən xətt çəkir.
Üçüncüsü, Qarabağdakı 25 minlik erməni icması ilə qeyri-formal təmaslara Araik Arutyunyanın heç bir aidiyyəti yoxdur.
Araik Arutyunyan Azərbaycanın Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırılan və axtarışa verilən kəsdir. Hələ bir neçə gün bundan öncə Baş prokuror Kamran Əliyev Araik Arutyunyanın məsuliyyətə cəlb edilməsi ilə bağlı prosesin uğurlu olmamasının səbəbləri haqda da danışmışdı. Yəni Araik Arutyunyan cinayətkardır, cinayətkarla qeyri-formal təmas isə mümkün deyil.
Azərbaycanın hüquq-mühafizə orqanı əməkdaşları yalnız yerli ermənilərin icma rəhbərləri ilə onların ölkəmizə inteqrasiyası istiqamətində təmaslar yarada, onların Azərbaycan parportları alması, təhlükəsizliklərinin təmini və s. sahədə zəruri məsələləri həll edə bilər və bu istiqamətdə təmasların başladığını da artıq Prezident İlham Əliyev elan edib.
Araik Arutyunyan və onun dəstəsi isə separatçıdır, terrorçudur, Azərbaycan vətəndaşlarına qarşı silahlı teraktlar törədiblər; onlarla “təmas” yalnız həbs ola bilər.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər təminat daşıyan texnikamızı atəşə tutdu

Next Post

Hərbi attaşemiz türk generalla görüşdü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Hərbi attaşemiz türk generalla görüşdü

Hərbi attaşemiz türk generalla görüşdü

Bələdiyyə sədrinə cinayət işi açıldı

Bələdiyyə sədrinə cinayət işi açıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.