"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arvada vergi verildi

25 Avqust 2014 - 00:54
in KÖŞƏ YAZILARI

Mövlud Mövlud

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

movludBir-iki il əvvəl saytlar ustad Səfər Alışarlının hekayəsini yayımlamışdı. Səfər bəyin ləngərli təhkiyəsi, usta manevrləri, yüngül köşəçilərin meydan suladığı saytlarda sanballı tənhalıq yaşayırdı – oxunma sayı az, şərhlər azdan da az…

Belə məqamlarda xalqımızın bədii söz sənətinə qarşı göstərdiyi laqeydlik adamı depressiyaya salır. Düşünürsən ki, həqiqi ədəbiyyat bizim kimi çətin vəziyyətdə olan, yurdu yağmalanmış millət üçün xalis reseptdir, qurtuluş resepti. Yazıb verirlər, xilas olsun, o isə yazılanı əlinin arxasıyla itələyib deyir: “Vaxtım yoxdur, gedirəm bulvarda konsertə baxmağa”.

Səfər bəyin hekayəsinə gələn azsaylı şərhlərdə çoxsaylı nadanlıq var idi. Oxucular birmənalı şəkildə hekayəni tənqid edir, darıxdırıcı olduğunu yazırdılar.

Yazılanlar barədə danışmaq üçün ona zəng elədim. Zarafatla qayıtdım ki, camaatı niyə darıxdırırsınız? O, yorğun-yorğun gülümsəyib dedi:

– Bizimkilər noğul istəyir.

Səfər bəy doqquzluqdan vurmuşdu. Doğrudan da, bizim oxucuya nağıl və noğul lazımdır.

 Noğulsevərlər ciddi, millətin taleyi ilə bağlı olan yazı görəndə diksinir, “darıxdırıcıdır”, “axı bu kimə lazımdır?” deyirlər. Halbuki dərman da acı olur, ancaq biz onu içirik ki, sağalaq.

***

Bizim arvad da kitab oxuyandır. Əlif Şəfəqin, Koelyonun, Xalid Hüseyninin romanlarının demək olar ki, əksəriyyəti ilə tanışdır. Ramiz Rövşənin şeirlərini əzbər bilir. Bütün ciddi sözdən xəbəri olmayan adamlar kimi o da Ramiz Rövşən şeirlərinin heyranıdır. Kumiri ilə bağlı zarafat eləyəndə cırnayır. İsrarla mənim Ramizin şöhrətinə paxıllıq etdiyimi iddia edir.

Bir də görürsən, qaça-qaça gəldi üstümə: “Buna nə deyirsən, bu da pisdir:

– Mənim də bəxtimə bu vətən düşüb,

 Havayı açılmır çiçəkləri də.

Allahı yorulub, taqətdən düşüb,

Bir az şorgözləşib mələkləri də…”

Hə, buna nə sözün?

O saat məni gülmək tutur. Onda lap dəli olur:

– Özün nə yazmısan eyyy, nə? Bir dənə “Qara Bayram”dı, o da məmə söhbətinə görə oxundu…

Bir-iki gün sonra görürəm, yenə “silahlanıb” gəlib üstümə:

– İlahi, səndən də sındı ürəyim,

Məni küsdürənin yekəsi sənsən.

Dünyanın ən uzaq, ələ gəlməyən,

Boğazdan keçməyən tikəsi sənsən!

Bu dəfə lap gülməli görünür. Ona elə gəlir ki, şeirin “dərinliyi” artsa, mən təslim olacağam. Əksinə olur, şeirin “dərinliyi” poetik qəzaların sayını artırır: “Məni küsdürənin yekəsi sənsən”.

Şaqqanaq çəkdiyimi görüb, uşaq kimi ayağını yerə döyür, “eyyy” deyib o biri otağa qaçır.

Axır vaxtlar özümə söz vermişəm ki, “inanclarına hörmətlə yanaşım”. Biz ədəbiyyata görə arvad boşaya bilsəydik, indi torpağımız erməni də olmazdı…

Ad günümdə mənə hədiyyə almışdı. Sabir Əhmədlinin “Toğana” və Şaiq Vəlinin “Eşq və şərab” kitablarını. – İçkili olanda bir-iki dəfə yanında bu kişilərdən danışıb ağlamışam, bilir ki, onları çox istəyirəm –

Axşam avtobusla evə gedəndə mən Şaiq Vəlinin, o, Sabir müəllimin kitablarını götürüb vərəqləməyə başladıq. Gözaltı fikir verib gördüm ki, Sabir müəllimin ona kitabı çox qəribə gəldi, bir neçə dəfə cəhd eləsə də, heç bir hekayəyə girişə bilmədi.

O, ilk dəfə idi ki, ciddi ədəbiyyatla qarşı-qarşıya dayanmışdı. Bu, o bildiyi nağıllardan deyildi. Azərbaycan xalqının yarım əsrdən çox tarixinə və taleyinə işıq tutan, ömrünü milləti ilə birlikdə yaşayan bir kişinin kitabı idi.

Başını qaldırıb misalını həll eləyə bilməyən uşaq kimi ağlamsındı:

– Oxuya bilmirəəəm, ağırdııı…

“Sənə vergi verilir, – dedim, – götürsən, ovliya olacaqsan”.

Elə bildi zarafat eləyirəm:

– Eşşəksən sən! – başını çiynimə qoyub mürgülədi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəsm çəkən nadir istedad sahibi… – VİDEO

Next Post

“Niger”lər də xilafət yaratdı

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

"Niger"lər də xilafət yaratdı

Sarkisyandan acı etiraflar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.