"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arxeologiya və Etnoqrafiya İnstitutunda antropologiya elminə dair araşdırmalar aparılır

13 Aprel 2016 - 08:05
in XƏBƏR LENTİ

12_aprel_antropolia

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Son zamanlar AMEA-nın institut və təşkilatlarında prioritet elmi istiqamətlərdə aparılan araşdırmalar, elm və təhsilin inteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlər daha da vüsət almışdır. Azərbaycanda arxeologiya və etnoqrafiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqatların həyata keçirilməsi sahəsində böyük uğurlara imza atan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu da belə qurumlardan biridir. Azərbaycan arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində ölkəmizin dünyada ən qədim insan məskənlərindən, erkən sivilizasiya mərkəzlərindən biri olması maddi faktlarla sübuta yetirilmişdir. Aparılan araşdırmalar Azərbaycanın qədim dövr tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmış və bu elmi nailiyyətlər Vətənimizin tarixinin yazılması üçün mühüm əhəmiyyət kəsb edən maddi faktların aşkara çıxarılması ilə nəticələnmişdir. Respublikanın bütün bölgələrində aparılan etnoqrafik tədqiqatlarla əhalinin məişəti, adət-ənənələri, maddi və mənəvi mədəniyyəti öyrənilmişdir.

İnstitutda son zamanlar antropologiya sahəsində araşdırmalar daha da genişlənmişdir. 2015-2016-cı tədris ilində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində magistraturaya “antropologiya” ixtisası üzrə iki nəfər qəbul olunmuş, tələbələrə I semestr ərzində fiziki antropologiyanın əsasları, etnologiyanın əsasları, etnologiyada nəzəriyyə kimi fənlər tədris olunmuşdur. Hazırda onların Türkiyənin müvafiq ali məktbələrində “antropolgiya” ixtisası üzrə təhsillərini davam etdirilmələri üçün tədbirlər görülür. 

 Azərbaycanda antropologiyanın inkişafı, onun müasir dünya antropologiyası ilə ayaqlaşması üçün müntəzəm olaraq prioritet mövzuları, müasir nəzəriyyələri, yeni yaranan istiqamətləri nəzərdən keçirərək tətbiq etmək zərurəti yaranır. Antropologiya elminin inkişaf konsepsiyasının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, antropologiya üzrə elmlər doktoruƏliağa Məmmədli ilə həmsöhbət olduq.

 

Müasir Azərbaycan cəmiyyətinin inkişafında etnososial və etnomədəni xüsusiyyətlərin öyrənilməsi istiqamətində mühüm nailliyyətlər əldə olunmuşdur


Azərbaycan etnoqrafiyası, antropologiyanın sələfi olaraq, zəngin və şərəfli tarixə malikdir. Bu tarixə ötəri bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunduğu göz qabağındadır.
Bu çoxsahəli zəngin irsi hərtərəfli araşdırmadan, onun tarixini və perspektivlərini yüksək elmi səviyyədə tədqiq etmək və müəyyənləşdirmək qeyri-mümkündür. Etnoqrafiya elmi hazırda da xalqımızın keçmişi və bu gününün öyrənilməsinə geniş imkanlar  yaradır. Azərbaycanda etnoqrafiya elminin nailiyyətləri sırasında mühüm yeri şübhəsiz xalqımızın ənənəvi təsərrüfat mədəniyyətinin tədqiq edilməsi və bu mədəniyyətin regional və ümumdünya əhəmiyyətinin müəyyənləşdirilməsi tutur.

 Etnoqrafik tədqiqatlar sahəsində müasir Azərbaycan cəmiyyətinin inkişafında etnososial və etnomədəni xüsusiyyətlərin öyrənilməsi istiqamətində də mühüm nailliyyətlər əldə olunmuşdur. Bu araşdırmalar dünyada və ölkədə cərəyan edən siyasi, mədəni tendensiyaların öyrənilməsi ətrafında cəmləşərək, müasir sosiomədəni proseslərin etnik aspektlərinə, Azərbaycançılığın etnosiyasi aspektlərinə, ölkədə gedən etnodil proseslərinə, o cümlədən müasir miqrasiya proseslərinin etnomədəni xüsusiyyətlərinə aydınlıq gətirmişdir.
Lakin, bu nailiyyətləri qeyd edərək, eyni zamanda etiraf etməliyik ki, müasir sosial-mədəni antropologiyanın diqqət mərkəzində saxladığı bir çox elmi problemlər Azərbaycan etnoqrafiyasının maraq dairəsindən xeyli kənarda durur. Azərbaycanda müasir sosial antropoloji tədqiqatlar ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində etnomədəni dəyişikliklərin xüsusiyyətlərində cəmləşməlidir. Belə ki, antropoloqların diqqətində etnik mədəniyyətin vəziyyətinə əmək və məcburi miqrasiyaların, iqtisadiyyatda bazar mexanizmlərinin təşəkkülü kimi sosial proseslərin təsirinin xarakteri və dərəcəsi dayanmalıdır. Bəzi tədqiqatların nəticələri insanların kütləvi yaşayış yerlərinin dəyişməsinin etnik mədəniyyətin dayanıqlıq dərəcəsinə təsirini təsdiq edir. Müəyyən dərəcədə ənənəvi sosial-mədəni identikliklə yeni yaşayış şəraitinin sintezi nəticəsində yeni submədəniyyətlərin formalaşması baş verir.
Dünyada baş verən qlobal dəyişikliklər Azərbaycan xalqının həyat fəaliyyətinin bütün sahələrini əhatə etmişdir. Məkan və interyerin ənənəvi təşkili, ailədə münasibətlər və nəsillərarası münasibətlərin xarakteri, etnomədəni meyllər və etnos mədəniyyətinin digər aspektləri innovasiyaların basqınına məruz qalır. Bu proseslərin həyat fəaliyyətinin konkret sahələrindəki istiqamətləri, təsir gücü, antropoloji tədqiqatların mövzusu olmalıdır.

 

Azərbaycanda sosial antropoloji tədqiqatların perspektivləri ölkənin sosial-iqtisadi, mədəni inkişafı və bu inkişafda müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir

 

Azərbaycan antropoloqlarının diqqət mərkəzində xaricdə olan Azərbaycan icmalarının etnik xüsusiyyətləri, ölkəmizdə yaşayan etnik qruplar arasında etnomədəni, etnososial, etnosiyasi proseslər, əhalinin müxtəlif lokal və konfessional qruplarının xüsusiyyətlərinin müasir durumu kimi məsələlər də dayanmalıdır. Burada tədqiqat obyekti kimi tarixən formalaşmış (Gürcüstan, Dağıstan, İran, Türkmənistan) və yeni yaranan (Rusiya, Ukrayna və s.) Azərbaycan icmaları çıxış edir. Bu icmaların hüquqlarının, sosial-mədəni statuslarının, yaşadıqları mühitə uyğunlaşma dərəcəsinin tədqiqi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir. 

 Azərbaycanda sosial antropoloji tədqiqatların perspektivləri ölkənin sosial-iqtisadi və mədəni inkişafı, həmçinin bu inkişafda müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir. Bu istiqamətdəki tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, son illərdə ölkəmizdə baş verən sosial-siyasi dəyişikliklərin xarakteri müəyyən dərəcədə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrindəki etnik xüsusiyyətlərlə şərtlənir. Bu xüsusiyyətlər siyasi və dövlət institutlarının, çoxpartiyalı sistemin, seçki prosesinin və s. təşəkkülündə öz əksini tapır. Bununla yanaşı, ölkənin sosial- iqtisadi inkişafının əmək fəaliyyətində və ailə məişətindəki etnik xüsusiyyətlərində müəyyən asılılığı qeyd olunur. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi və tədqiqi Azərbaycanın inkişafının strateji istiqamətlərinin işlənib hazırlanması üçün tutarlı elmi baza kimi çıxış edə bilər.

Dövlətin və xalqın dünyada tanıdılmasında antropologiyanın rolu böyükdür. Azərbaycan etnik, mədəni baхımdan zəngin ölkədir. Antropoloqların tədqiqatlarının əsas istiqamətlərindən biri də azərbaycanlıların sosial-mədəni birlik kimi formalaşmasını, oхşarlıqları üzə çıхarmaqdan ibarət olmalıdır. Ümid edirik ki, antropoloqlar Azərbaycan xalqının tolerantlığının tarixi köklərini araşdırıb dünyaya bir nümunəvi təcrübə kimi təqdim etməyə nail olacaqlar.

 

nara

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini Nərgiz Qəhramanova

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftdən xoş xəbər — 45 dollara çatır

Next Post

İsrail ordusu da kamikadze-dronlarla maraqlanır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İsrail ordusu da kamikadze-dronlarla maraqlanır

Kərəm Həsənovun "xaç atası" - Mohuma Heraçiyev müəmması

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.