"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AŞ PA-da Azərbaycanla bağlı məruzə qəbul olundu- Yenilənib

26 Yanvar 2016 - 15:19
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı məruzə qəbul olunub.

Militsa Markoviçin müəllifi olduğu “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzə dinlənilib. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışsalar da onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib.

Sona yaxın Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan hesabatın yenidən komitəyə qaytarılmasını təklif etsə də, nə komitə, nə də məruzəçi bu təklifi qəbul edib. Erməni tərəf hətta məruzənin hesabatın adını da dəyişməyə cəhd edib, amma bu cəhd də uğursuzluqla nəticələnib. Dinlənilmədən sonra qətnamə qəbul edilib.

**

AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb.

AŞPA-nın plenar iclasında keçirilən müzakirənin sonunda hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib.

**

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb.

Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” hesabatının müzakirəsində AŞPA-nın 45 deputatının çıxışı gözlənilir. R.Uolter artıq AŞPA-nın üzvü olmadığından hesabatı sessiya iştirakçılarına AŞPA deputatı Moqens Yensen təqdim edib.

“Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib” adlı hesabatın müəllifi, məruzəçi Militsa Markoviç dinləmələr zamanı bildirib ki, AŞ PA Dağlıq Qarabağ regionunun problemlərinə, Ermənistanın nəzarət etdiyi su anbarındakı sudan qıtlıq çəkən sadə xalqın əzablarına məhəl qoymaya bilməz.

Onun sözlərinə görə, söhbət Avropa Şurası və AŞ PA-nın üzv dövlətinin əhalisindən gedir və humanitar, sosial problemlər bilavasitə bizə aiddir.

“Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi problemi çox vacibdir. Əhalinin içməli su ilə təmin edilməsi üzrə Azərbaycan hakimiyyətinin bütün səylərinə baxmayaraq, irriqasiya üçün su çatışmır. Erməni tərəfi bu məsələ üzrə əməkdaşlıqdan imtina edib”.

Daha sonra hər iki hesabat ətrafında müzakirələr başlayıb. İspaniyalı deputat Yordi Çukla hər iki hesabatın qəbul edilməsinə çağırıb. O, AŞPA məruzəçilərinin Ermənistana və Dağlıq Qarabağa buraxılmamasının yolverilməz olduğunu vurğulayıb.

Deputatların çıxışlarından sonra söz alan məruzəçi Militsa Markoviç ermənilərin arqumentlərinə cavab verərək, onların hesabatda “Dağlıq Qarabağın işğal edilməsi” termininə etirazlarının əsassız olduğunu bildirib və Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə bağlı AŞPA tərəfindən qətnamə qəbul olunduğunu deyib.

Hazırda müzakirələr davam edir.

Bu gün, həmçinin deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” adlı hesabatının da müzakirəsi ediləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Lavrovdan Qarabağla bağlı şok etiraf

Next Post

Prezidentdən məmurlara və ailə üzvlərinə Xəbərdarlıq (Video)

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Prezidentdən məmurlara və ailə üzvlərinə Xəbərdarlıq (Video)

Rusiya 60 ildən sonra istehsala başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.