"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`ASAN həyat` vətəndaşların xidmətində

29 Sentyabr 2016 - 20:02
in XƏBƏR LENTİ

Masallıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksi vətəndaşlara xidmət göstərməyə başlayıb.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Kompleksin tikintisinə 2015-ci ilin mayında başlanılıb, bu il sentyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.

“ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati və 6 ictimai iaşə obyekti üçün nəzərdə tutulan binalardan ibarətdir. Kompleksə “ASAN xidmət” mərkəzi, kinoteatr, incəsənət məktəbi, kafe, ödənişlər üçün mərkəz, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN intellektual” gənclər mərkəzi daxildir. Bununla yanaşı, əlavə 3 texniki yardımçı bina da tikilib.

Komplekslə tanışlıq zamanı Agentliyin Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov bildirib ki, burada 2,2 hektar ərazidə park, fontan və oturacaqlar, avtomobil və avtobus dayanacaqları yaradılıb. Kompleksin kənarından keçən çayda kiçik adada helikopter meydançası və vətəndaşların istirahəti üçün park salınıb. Masallı “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər (bank xidmətləri, sığorta xidmətləri, hüquqi yardım xidmətləri, tərcümə xidmətləri və s.) təşkil edilib. Mərkəzdə 170 əməkdaş, 80 könüllü çalışır.

Cənub regionunda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyasını həyata keçirəcək Ailə Biznesinə ASAN Dəstək (ABAD) Mərkəzini xüsusi qeyd etmək lazımdır. Mərkəzin yaradılmasının əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır. Anar Hüseynov bu barədə də məlumat verərək dedi ki, dövlətimizin başçısı tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalanıb. Ailə biznesini formalaşdırmaq istəyən şəxs ABAD Mərkəzinə müraciət edə bilər. Bu mərkəzdə ailələrə biznes-planların hazırlanması, hüquqi yardım, maliyyə xidmətləri, həmçinin brendləşmə və dizaynla bağlı xidmətlər göstəriləcək ki, vətəndaş öz məhsullarını istehsal edə bilsin. Sonra həmin məhsulun baza çıxarılması və satışını da ABAD Mərkəzi həyata keçirəcək. Bununla ailə biznesinin və brendinin yaradılmasında ABAD-ın xüsusi töhfəsi olacaq.

Layihənin icrası nəticəsində dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. ABAD öz fəaliyyətini fərdi brendləşmə, müştəriyə və tələbata yönümlülük, keyfiyyət, vahid yanaşma və innovasiya prinsipləri əsasında təşkil edir. Bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun ailələr seçilir. Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir.

ABAD konteynerlərindən biri də kolbasa istehsalı konteyneridir. Kolbasa istehsalında gigiyena qaydalarına ciddi riayət olunur. ABAD Mərkəzində cem və mürəbbə istehsalı, meyvə-tərəvəz konservləri istehsalı və süd məhsullarının istehsalı üçün konteynerlər mövcuddur.

“ASAN xidmət” mərkəzinin fəaliyyətindən yararlanan vətəndaşlar onlara göstərilən xidmətdən razılıqlarını bildirirdilər.

Qeyd edək ki, regional “ASAN xidmət” mərkəzi Masallı rayonu da daxil olmaqla Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının əhalisinə, ümumilikdə 839 min 450-dən çox vətəndaşa xidmət göstərəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qroysman: “Oktyabr ayında vizasız rejim…”

Next Post

Təhsil haqları artırılacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Təhsil haqları artırılacaq

"Qəbələ"dən ikinci qol — YENİLƏNİR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.