"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Asiya regional müharibələr arenasına çevriləcək

21 Oktyabr 2022 - 11:00
in DÜNYA

“Çin Kommunist Partiyasının davam edən qurultayı beynəlxalq aləmin diqqət mərkəzindədir. Partiyanın sədri Si Sinpinin çıxışının Tayvanla bağlı hissəsi siyasi ekspertlərin müzakirə predmetidir. Si Sinpin faktiki dedi ki, Çin Tayvanın ələ keçirilməsi məqsədilə hərbi gücdən istifadə etməyə hazırdır. Asiyada başqa qaynar nöqtələr də yarana bilər”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“Siyasi ekspertlər Si Sinpinin çıxışında digər vacib detala diqqət çəkiblər. O çıxışında bir neçə dəfə “regional müharibələr” ifadəsi işlədib. Halbuki, Çinin hər il dərc olunan milli təhlükəsizlik strategiyasında “regional müharibələr” barədə cümlələr yoxdur. Ona görə də Si Sinpinin “regional müharibə” ifadəsi altında həm Tayvanda mümkün hərbi əməliyyat, həm də qonşu Hindistanla qarşıdurma nəzərdə tutula bilər. Təsadüfi deyil ki, Çin ordusunun son illər hərbi təlimlərinin sayı artıb. Si Sinpin Çin ordusunun peşəkar səviyyəsini artırmaq və ən modern silahlar təhcizatını qarşısına məqsəd qoyub. Çin ordusu “regional müharibələrə” hazır olmalı və qələbələrə hədəflənməlidir.
Si Sinpinin “regional müharibələrdən” çox danışması həm də o deməkdir ki, Pekin böyük müharibələr aparmaq istəmir. Misal üçün Çin ABŞ-la müharibədə maraqlı deyil. Pekinin əsas hədəfi lokal münaqişələrdə üstünlük qazanmaqdır”.

Politoloq bildirib ki, Çinin yeni strategiyasında müxtəlif ölkələrdə hərbi bazaların yaradılması da var:

“Çinin Afrikanın kiçik ölkəsi olan Cibutidə hərbi bazası mövcuddur. Çin kiçik adalarda da hərbi bazalar yaratmağa çalışır. Pekin bu məqsədinə çatmaq üçün əvvəlcə kiçik və kasıb ada ölkələrinə kreditlər verir, sazişlər imzalayır, daha sonra hərbi baza yaratmaq istəyini səsləndirir.
Buna baxmayaraq, Qərbin analitik mərkəzləri Çin ordusunun müharibə təcrübəsinin zəif olduğu qənaətindədir. Çin ordusunun Hindistanla sərhəddə toqquşmaları savaş təcrübəsinin artırılması üçün kifayət deyil. Çin Rusiya ilə birgə hərbi təlimlərin sayını ona görə artırıb ki, savaş təcrübəsini artırsın. Ancaq Rusiyanın Ukraynada apardığı işğalçı müharibə göstərir ki, Rusiyanın “təcrübəsindən” öyrəniləsi nəsə yoxdur”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şəkidə toyda kütləvi zəhərlənmə

Next Post

Rusiya 3 şəhərə raket zərbələri endirdi

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Rusiya 3 şəhərə raket zərbələri endirdi

Rusiya 3 şəhərə raket zərbələri endirdi

Pakistanlılar üçün viza rüsumu müəyyənləşdi

Pakistanlılar üçün viza rüsumu müəyyənləşdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.