"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aslan İsmayılovdan Cahangir Əsgərova ağır ittihamlar

30 Mart 2015 - 09:20
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tanınmış vəkil Aslan İsmayılov AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun fəaliyyətini kəskin tənqid edib.

Aslan-ISMA.İsmayılov AZAL və onun rəhbəri barədəki tənqidi fikirlərini öz facebook səhifəsində paylaşıb.

Virtualaz.org saytı vəkilin tənqidlərini qısa ixtisarla təqdim edir:

“Bir çox valideynlər kimi mən də Novruz Bayramını oğlumla birgə keçirmək istəyirdim, ancaq AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun nəfsindən, minlərlə valideynlər kimi bu istəyim alınmadı.

C.Əsgərov bu günə qədər bir çox aviaşirkətlər kimi Macarıstana məxsus “Wizz Air” şirkətini də Azərbaycana buraxmadı. Bu məlumatı səhifəmdə paylaşdıqda insanların illər ərzində yığılmış AZAL-dan olan narazılığını və C.Əsgərova olan nifrətini gördüm (https://www.facebook.com/Aslan.Z.Ismayilov/posts/949965131688643).

Bununla bağlı C.Əsgərovun “dədə malı” kimi istifadə etdiyi, dövlətə məxsus Azərbaycan Hava Yolları QSC ilə maraqlandım. Araşdırmalar məni dəhşətə gətirdi. İnsan nə qədər özünə əmin olmalıdır ki, bu qədər özbaşınalıq, qanunsuzluq etsin, Azərbaycan vətəndaşlarına düşmən kəsilsin?! Bir balaca vicdanı olan insan gördüklərimi edə bilməz ki, ayıbdır. Bir də ki, bu sözü bilən kəs öz işçiləri ilə söyüşlə, təhqirlə danışmaz.

İndi isə Azərbaycan Hava Yollarının xalqa və dövlətə vurduğu ziyanla bağlı qısa fikirlərimi bildirim. Bilet qiymətləri ilə bağlı qısa araşdırmalar göstərdi ki, AZAL bu sahədə inhisarçıdır və istənilən istiqamətə bilet qiymətləri başqa ölkələrlə müqayisədə təxminən iki dəfə bahadır. Bakıya uçan başqa ölkə reysləri də AZAL-ın diktəsi ilə biletləri qat-qat baha qiymətə satmağa məcbur edilir.

Bayram gunləri AZAL-ın qiymətləri qaldırmasına görə “Türk Hava Yolları” da məcburən qiymətləri qaldırır. Novruz bayramı ərəfəsində Bakı-İstanbul-Bakı reysi 600 avro olur. Təxminən eyni məsafə olan Tiflis-İstanbul-Tiflis isə 200 avrodur.

Bakıdan Kiyevə uçan reyslərdə qiymətlər 450-600 avro olur. “Ukrayna Hava Yolları”nın eyni məsafədə olan digər ölkələrə uçuş qiyməti 200 avro civarındadır.

Məsələn, təxminən eyni məsafə olan Kiyev-Tiflis-Kiyev reysinin gediş-dönüş qiyməti 180-220 ABŞ dollarıdır. Bakı-Riqa-Bakı reysi 500 avrodan artıq olduğu halda Tiflis-Riqa-Tiflis reysinin gediş dönüş qiyməti 250 avrodur.

Xaricə uçan reyslərin baha qiymətlərinə uydurma bəhanələr ola bilsin tapıla. Bəs daxili uçuş qiymətlərinin baha olmasını necə izah edərlər? Məsələn, 1444 km məsafəsi olan İstanbul-Qars reysinin qiyməti 50 manatdır, iki dəfə qısa məsafəsi olan Bakı-Naxçıvan reysinin qiyməti də 50 manatdır. Hamıya da bəllidir ki, məhz bu reysə əlavə olaraq dövlətdən milyonlarla manat subsidiya ayrılır.

Yay vaxtları vətəndaşlarının rahatlığı üçün “Türk Hava Yolları” ABŞ-ın müxtəlif şəhərlərinə 12 saatlıq uçuşu olan reyslərə 400-500 manat reyslər təşkil edir, C.Əsgərov isə yay vaxtları 2 saatlıq uçuşu olan Bakı-Antalya, Bakı-Bodrum reyslərinin qiymətini 1000 manata qaldırır. Bu öz vətəndaşına zülm etmək deyil, nədir?!

Bakıya ucuz reyslər təşkil etmiş bütün şirkətlər bağlandı, yenilərinə isə AZAL icazə vermir. Şəxsən mənə bir neçə il öncə “Air Arabia” şirkətinin nümayəndəsi müraciət edib bildirdi ki, dövlətlərarası müqavilələri olsa da C.Əsgərov onların uçuşlarına icazə verməyib. Təkidli tələblərindən sonra isə ancaq hər sərnişin üçün onların rüşvəti veriləndən sonra icazə verəcəklərini bildiriblər. Xarici şirkətlərin Bakıya təşkil etdikləri reyslərin qiymətlərinin bahalığı da məhz sərnişin başına verilən xəracların nəticəsidir.

AZAL əməkdaşlarının sərnişinlərə göstərdikləri xidmət isə milyonlar hesabına tikilmiş gözəl binaların, infrastrukturanın effektini sıfıra endirir.

Nəticədə alınan odur ki, Azərbaycan vətəndaşları Bakıdan Gürcüstana bu ölkənin hava limanından digər ölkələrə uçmaq üçün gedirlər. Məhz buna görə Gürcüstana keçid məntəqələrində yüzlərlə vətəndaşlar saatlarla gözləməli olurlar.

C.Əsgərovun bu qanunsuzluqları tək vətəndaşlara zülm gətirmir, həm də ölkə iqtisadiyyatına ciddi ziyan vurur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu yaxınlarda üstüörtülü olsa da bu məqama toxunmuşdu. Milyardlarla vəsait turizmin inkişafı üçün xərclənsə də belə tiplər bunun effektini sıfıra endirir. Çünki turizmi inkişaf etdirmək istəyən istənilən ölkə birinci növbədə ölkəyə gediş-gəliş qiymətlərinin ucuzlaşdırmağa çalışır ki, turistlərin sayı çoxalsın. Bu cür gediş-gəliş qiymətləri olan ölkədə heç vaxt turizm inkişaf etməz.

Yüz milyonlarla pul qazanan AZAL QSC-nin dövlətə heç milyonlarla da vergi ödəməsini eşidən olmayıb. Bu barədə aparılan araşdırmalara isə heç bir cavab verilmir, hərçənd ki, dövlət müəssisəsinin dövlətdən aldığı pullar və dövlətə ödədiyi vergi barədə məlumat almaq hər bir vətəndaşın haqqıdır. Əgər bu pullar C.Əsgərovun cibinə yox, AZAL-ın inkişafına yönəlmiş olsaydı, yenə susmaq olardı. İnkişaf göstəricisi sərnişindaşıma ilə ölçülür. Maraqlananlar üçün əhalisi və ərazisi Azərbaycandan da az olan Qətərə məxsus “Qatar Airways” və Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Emirates Airline” (hər ikisi AZAL-la eyni dövrdə yaradılıb) şirkətlərinin göstəricilərinə nəzər yetirib müqayisə etmələrini xahiş edirəm.

Ən acınacaqlısı isə odur ki, həm vətəndaşlar, həm də məhz bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər sanki bu məsələyə toxunmaqdan qorxurlar. Bir şeyi bilmək lazımdır ki, nə qədər ki biz bu cür biabırçılığa etiraz etməyəcəyik, əsgərovlar bizləri talayıb təhqir etməkdə davam edəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şəhid atası Biləsuvarda məmur özbaşınalığından şikayətçidir

Next Post

Gürcülər lari üçün dəfn mərasimi keçirdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Gürcülər lari üçün dəfn mərasimi keçirdi

İsmayıllıda qızıl mağazası yarıldı

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.