"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Aslan İsmayılovun ağ-qara prizmasına çoxrəngli cavab: “Palan döyəcləməyin, hörmətli Aslan bəy!”

21 Dekabr 2018 - 11:18
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

 

Dostlardan biri hüquqşünas Aslan İsmayılovun bu gün paylaşdığı bir statusunu mənə göndərdi. Statusu oxuyanda təəccüblənmədim desəm, yalan olar.

Hörmətli hüquqşünas özünün qara sıyahısını tərtib edib və məni də həmin siyahıya salıb. Üstəlik, ortaq dostlarımızı ya qara siyahıya  düşənlərlə, dolasıyla mənimlə, ya da özüylə dost qalmağa çağırıb.

Doğrusu, dostlarını seçib-seçməmək Aslan müəllimin öz işidir və heç kim onun bu müstəsna hüququna qarışa bilməz. Bununla belə, onu da etiraf etməkdə yarar var ki, Aslan bəyin bu tutumu dünyanın nifrətlə andığı ABŞ-ın müxtəlif prezidentlərinin “ya mənimlə ol, ya da mənə qarşı ol” məntiqindən qətiyyən seçilmir. Öz dostluğunda olan insanlar qarşısında bu cür tələb qoymaq hər şeydən öncə vətəndaşların sərbəst informasiya almaq hüququna hörmətsizlikdir.

Görünür, Aslan bəy sosial şəbəkə dostluğu ilə real dostluqları qarışdırır. Çünki yalnız real dostluqlarda birindən qarşı tərəflə əlaqəsini kəsməyi gözləyə bilərsən. Hətta bu zaman belə, öz gözləntini diktə etməyə haqqın çatmaz. Uzağı, dostunun niyə digər tərəflə salam-əleyküm saxladığı düşünər və bundan inciyərsən. Aslan bəy isə ağ və qaradan başqa heç nə görməyəcək qədər toyuq korluğu yaşayan ən əzazil diktatorların istifadə etdiyi məntiq silahına sarılır, yaxın çevrəsinin qarşısında hökm qoyur: ya onlarla, ya da mənimlə.

Amma unudur ki, facebook dostluğu sadəcə alternativ informasiya almaq məqsədi daşıyır və səni dinləmək, hətta statusunu bəyənmək belə, fikirlərini bölüşmək yox, “oxudum” mesajı verməkdir. Bunun ən bariz nümunəsini hörmətli hüquqşünas öz həyat təcrübəsində dəfələrlə yaşayıb. Müxtəlif adamlarla girdiyi məhkəmə çəkişmələrində bütün tərəfdarlarını, yazılarını bəyənənləri məhkəmə qarşısına çağırsa da, çağırışına təkəm-seyrək adamların qoşulması elə bu həqiqətdən irəli gəlirdi. Yəni onu izləyənlər və bəyənənlər sadəcə hörmətli hüquqşünasa “oxuduq” mesajı verir, Aslan bəy isə bunu dəstək kimi qəbul edirdi.

Aslan bəy onu da unudur ki, hər kəsin istənilən şəxsi oxumaq, alternativ düşüncələrlə tanış olmaq hüququ var. Normal toplumlarda bu hüququ hətta monarxlar da məhdudlaşdıra bilməz. Demokratiyadan, insan hüquqlarından danışan, bu ideya uğrunda sinəsini sipər edirmiş kimi göstərən hüquqşünasın diktatorlarla eyni məntiqdən çıxış etməsi də bu mənada başa düşülən deyil.

Üstəlik, dəfələrlə çıxışlarında vurğuladığı kimi, Aslan İsmayılovun “qara siyahısı”na düşənlər prezident köməkçisi “Əli Həsənovun komandası”nın üzvləridirsə, mənim oraya salınmağımı da anlamaqda çətinlik çəkirəm. İki il bundan əvvəl açdığım Ovqat.com saytını imkansızlıqdan başını buraxacaq vəziyyətdə olduğum, ayda 200 manat tapıb bir adminə verə bilmədiyim halda məni hökumətin layihəsi kimi təqdim etmək nə qədər ədalətlidirsə, Aslan İsmayılovun bir çox iddiaları da eyni dərəcədə obyektivdir. Onun nə qədər haqq aşiqi olması da elə bu “obyektivliyindən” görünür.

Digər tərəfdən, məni bu komandaya aid edirsə, Aslan bəy zəhmət çəkib dəfələrlə qələmə aldığım yazılarda Əli Həsənovu ciddi şəkildə tənqid etməyimin səbəbinə də aydınlıq gətirməlidir. Təbii ki, gətirə bilməz. Çünki onun bu qənaəti də hər şeyə ağ və qara prizmadan baxmaqdan qaynaqlanır. Çoxrəngli prizmalardan yanaşsaq, hər kəsin Aslan İsmayılov “ağ və qara obyektivliyi” barədə fərqli şeylər düşünməsi  qayət normaldır və o da gərək tənqidlərə təmkinlə yanaşa, verilən əks-reaksiyalardan inciməyə.

O başqa məsələdir ki, şəxsən mən ona qarşı tənqidi iddialarla çıxış etməmişəm və dediyi kimi “ən əxlaqsız ifadələrlə təhqir, şər-böhtan” yazısı  qələmə almamışam. Hüquqşünasın əleyhinə qələmə aldığım bəzi açıqlamalar var ki, həmin iddialar mənim yox, həmsöhbətlərimin fikirlərini ifadə edib və yazılarda bu xüsus çox aydın, amma həyata ağ-qara baxmayanların görə biləcəyi şəkildə ifadə olunub. Həmin iddiaların həqiqəti nə dərəcədə əks etdirib-etdirməməsi isə bir jurnalist kimi mənim məsuliyyət sahəmə daxil deyil. Bir çox hallarda həmsöhbətlərimin Aslan İsmayılova cavabları onun irəli sürdüyü ittihamlara adekvat olub. Bu məsələ üzərində çox dayanıb iddialara haqq qazandırmaq fikrindən uzağam. Sadəcə onu vurğulamaq istəyirəm ki, Aslan İsmayılovla rəqibləri arasında bitib-tükənməyən qarşılıqlı mübahisələr, söyüş, təhqir yarışları artıq cəmiyyətimizi də boğaza yığıb və əksər hallarda qarşı tərəfə ilk daş atan isə elə hüquqşünasın özü olub.

Mənim Aslan İsmayılova qarşı müəllif yazısı yazmamağımın səbəbinə gəlincə, yuxarıda da qeyd etdiyim kimi, bu, heç də onun hər şeyi doğru danışmasından da qaynaqlanmayıb. Açığını desəm, onun irəli sürdüyü bəzi fikirlərlə razılaşsam da, üslubunu, hüquqşünasa yaraşmayan qiymətləndirmələrini, loru dillə desək, “eşşəyi qoyub palanı döyəcləməsini” heç zaman bəyənməmişəm.  Və bu barədə fikirlərimi onu müdafiə edən hər kəsə açıq şəkildə söyləmişəm. Axı, hüquqşünas olan bir şəxs məhkəmə hökmünə dayanmadan heç kimi dələduzluqda, ən müxtəlif cinayətlərdə ittiham etməməlidir. Hətta məhkəmələr ədalətsiz hökm çıxarsalar belə, bu ünvana sayğıyla yanaşmalı, nümunə ortaya qoymalıdır. Hüquqi dövlət arzulayan, qanunun şah olduğu cəmiyyət quruculuğuna çalışan hər kəsdən bunu gözləmək bizim haqqımızdır. İş adamı Mürvət Həsənlinin yazılarından birində qeyd etdiyi kimi, qədim yunan filosofu Sokrat məhz bu qayə uğrunda ədalətsiz məhkəmə tərəfindən çıxarılan edam hökmünü ədalətli yaşamaq hüququndan üstün tutmuşdu. Çünki onun qayəsi hüquqi dövlətçiliyin əsas kriteriyası olan qanunun aliliyinə tabe olmaq nümunəsi yaratmaq idi. Baxmayaraq ki, həmin dövrlərdə indikindən fərqli olaraq, hüquqi dövlətçilik anlayışı ya yox idi, ya da prioritet təşkil etmirdi.

Aslan İsmayılov isə bir hüquqşünas olaraq qanunlara, məhkəmə hökmünə qətiyyən hörmət etmir, hər gün öz facebook səhifəsində açıq-aşkar hansısa hakimi, iş adamını, ölkə rəhbərliyindəki bəzi şəxsləri təhqir və şantaj etməkdən çəkinmir. Onun son çıxışlarında Prezident köməkçisi Fuad Ələsgərov barəsində dediyi fikirlər də şantaj xarakterli idi. Açıq şəkildə Prezident köməkçisini özünə dəstək verməyə çağırır, əks halda onu da hədəfə alacağı barədə təhdid edirdi. Qəribədir ki, bunu edən adam üzərindən bir neçə gün keçdikdən sonra məni hansısa “qara siyahı”ya salıb adımı şantajçı, reketçi qoyur. Nə dərəcədə ədalətli və qərəzsiz olduğunu onun və dostlarının  mühakiməsinə buraxıram.

Məni maraqlandıran isə daha çox Aslan İsmayılovun palan döyəcləməsidir. Yəqin özü də razılaşar ki, bir ölkədə hüquqdan tutmuş mətbuata, iqtisadiyyata, mənəviyyata qədər bütün sahələrdə problem varsa, bunun günahkarı hüquqşünasın rəsmini cızmağa çalışdığı “yumurta mafiyası” ola bilməz. Ya Aslan İsmayılovun dedikləri tamamilə yalandır, ya da o, palan döyəcləməklə məşğuldur. Hər iki ehtimal hörmətli hüquqşünasa başucalığı gətirmir və onun da hansısa mafiyanın, klanın qucağında oturduğundan xəbər verir.

Sözsüz ki, biz bu fikirləri deyərkən, ölkə hakimiyyətinin hansısa klanlara bölündüyü iddiası ilə razılaşmırıq. Faktlar sübut edir ki, 25 il keçməsinə baxmayaraq, hakimiyyət hələ də monolitdir, sadəcə kimlərsə xəyali klanlararası mübarizə illuziyaları quraraq, tərəflərin birindən mədəd umurlar. Nə yazıq ki, Aslan İsmayılov da bu yanılğı içərisindədir. Onun son zamanlar Prezident köməkçisi Əli Həsənovla yanaşı Fuad Ələsgərovun üzərinə yüklənməsi də bu yanılğısından doğur.

Son olaraq, həm Aslan İsmayılova, həm də onun real və irreal dostlarına bəyan etmək istəyirəm: Mən kimlərləsə boş və mənasız müzakirələrə zaman ayırmaq fikrində deyiləm. Ölkəmizin indiki vəziyyəti hər birimizdən öz əqli potensialını quruculuq fəaliyyətlərinə xərcləməyi tələb edir. Mən də öz məsuliyyətimi anlayaraq, bəzi yaxın yoldaşlarla iqtisadi layihələr, özəlliklə aqrar sektor sahəsində yürüdülən siyasətləri araşdırmaq niyyətindəyəm. Lütfən, bizi öz sözçüləriniz vasitəsilə bu xeyirli fəaliyyətdən yayındırıb zorla siyasi müzakirələrə çəkməyin. Bu cəhdlər hər kəsdən çox, cəmiyyətimizə fayda gətirməz.

Heydər Oğuz

Ovqat.com

 

Aslan İsmayılovun haqqında danışdığımız statusunu da oxuculara təqdim edirik:

 

 

Əziz Dostluğumda olanlar!

 

Səhifəmdə olan virtual dostlara belə mən heç vaxt formal yanaşmamışam. Hər birini ad günü münasibətilə ayrıca təbrik etmişəm, hansı hüquqi məsələlərlə müraciət ediblərsə kömək etməyə çalışmışam. Bu gün təsadüfən haqqımda ən əxlaqsız ifadələrlə təhqir, şər-böhtan dolu yazıdakı bəyənmələrə baxanda sözün əsl mənasında şok keçirdim. İnsanlarda bu qədər də ikiüzlülüyün olduğunu bilməzdim. Daim mənə tərif yazan, köməklik üçün müraciət edən, dostluğumda olan şəxslərdən həmin yazını bəyənənlər var idi.

 

Bu gün mənim üçün cəmiyyətin saflaşması, sosial şəbəkəni bürüyən əxlaqsızlığı, təhqirləri, şər-böhtanları və digər mənəviyyətsızlığı aradan qaldırmaq ən önəmli işlərdən biridir. Ona görə də bu gün dostluğumda olan hər kəsə müraciət edirəm. Səhifələrində əxlaqsızlığa, şər-böhtana, reketliyə və digər mənəviyyatsızlığa yol verənlərlə dostluqda olanların hamısını bir həftə sonra dostluqdan çıxaracam. Başqalarına da bu yolu seçməyi tövsiyyə edirəm. Ancaq bu yolla biz cəmiyyətimizi və sosial şəbəkələri günü gündən artan əxlaqsızlıqlardan, yalanlardan, şər-böhtanlardan təmizləyə bilərik.

 

Haqqımda mütəmadi olaraq təhqir və şər bötan yazanların bu günə olan siyahısı:

 

Rauf Arifoğlu

Hafiz Hacıyev

Mürvət Həsənli

Azər Həsrət

Taleh Şahsuvarlı

Bəhruz Quliyev

Niyaməddin Orduxanlı

Əli Həziquliyev

Elçin Mirzəbəyli

Məhəmmədəli Qəribli

Heydər Oğuz

Elnur Məhərrəmli

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gecə Azərbaycana qış fəsli daxil olacaq

Next Post

Patent almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Patent almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdi

Patent almaq istəyənlər üçün yeni qaydalar müəyyənləşdi

Müəssisə direktoru 12500 manat cərimələndi

Müəssisə direktoru 12500 manat cərimələndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.