"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AŞPA-da Ermənistan sərt tənqid edildi

26 Yanvar 2016 - 08:32
in XƏBƏR LENTİ

Yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) növbəti qış sessiyasının ilk iş günü ənənəvi olaraq Büro və Daimi Komitənin hesabatı ilə başladı.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Hesabat məruzəsi ilə Parlament Assambleyasının fəaliyyətini başa vuran sədr Ann Brasör çıxış etdi. Məruzə ətrafındakı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da bir sıra mülahizələrini ifadə etdi. O, əsas diqqəti Ermənistanın Azərbaycana təcavüzü məsələsinə yönəldərək deyib: “Artıq 60-cı dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü olaraq Avropa Şurasında Parlament Assambleyası Bürosunun və Daimi Komitənin inkişaf hesabatını dinləyirik. Təbii ki, hər dəfə məruzədə hansısa sevindirici nəticələrin, müəyyən irəliləyişlərin əldə edilməsi barədə məlumatlar yer alır. Lakin Avropa Şurasının nisbətən yeni üzvlərindən və gənc demokratiyalardan biri olaraq Azərbaycan hər dəfə bu hesabatlarda həm də ilk növbədə özü ilə əlaqədar taleyüklü məsələlərdə hansı nailiyyət və irəliləyişlərin olmasına diqqət yetirir. Məmnunluqla qeyd edə bilərik ki, budəfəki hesabat dövründə Azərbaycanda müstəqillik dövründə sayca beşinci parlament seçkiləri keçirildi və Avropa Şurasının da seçkiləri müşahidə missiyası həmin prosesi izləyərək öz müsbət qiymətini verdi. Lakin bizi qətiyyən məmnun etməyən başqa cəhət ondan ibarətdir ki, Ermənistanın təcavüzkar olduğunu rəsmi sənədlərində təsdiq etmiş olsa da, həmin ölkədə vətəndaşların mövcud rejimdən etirazları səngimək bilməsə də, Parlament Assambleyası yenə bu cığal, beynəlxalq qayda-qanunlara tabe olmaq istəməyən ölkəyə qarşı heyrətamiz yumşaqlığını nümayiş etdirmək xəttindən əl çəkmir. Bu, Avropa Şurasında hər kəsə bəlli həqiqətdir ki, Ermənistan ona havadarlıq edən qüvvələrin köməyi ilə 20 ildən artıqdır Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bu da başqa bir həqiqətdir ki, Avropa Şurası son 15 ildə iki üzv dövlət arasındakı münaqişənin diplomatik vasitələrlə həlli üçün heç bir həlledici addım atmayıb. Sadəcə diplomatik yolla hər dəfə yaxasını kənara çəkərək həmin məsələ ilə bilavasitə Minsk qrupunun məşğul olduğunu bəyan edib. Minsk qrupunun isə adı olub işi olmayan, sadəcə fəaliyyət görüntüsü yaradan bir süni qurum olmasını son 20 ilin müşahidələri sübuta yetirib.

Ermənistan isə öz işğalçılıq xəttini davam etdirmək niyyətindən əl çəkmir və bunu, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin müxtəlif aspektlərini açan 2 məruzənin cari sessiyanın gündəliyinə daxil edilməsi bir daha göstərir. Başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməkdə ləngiməyən Avropa Şurasının ən sərt sanksiyalara qat-qat artıq layiq olan Ermənistana qarşı belə dözümlülük göstərməsinin sirri nədədir? Olmaya Ermənistanı superdövlət hesab edərək ondan çəkinirsiniz? Axı Ermənistan bütün istiqamətlərdə, istər iqtisadi, istər siyasi baxımdan iflas içərisində olan, gündən-günə çökən bir dövlətdir.

Yeni, 2016-cı il ərəfəsində Ermənistan mətbuatında yayılan bir xəbər bu forpost dövlətə ifrat qayğıkeşliyin səbəbini müəyyənləşdirmək baxımından məni düşündürdü. Tarix elmləri doktoru, professor R.Naapetyan bir neçə həftə öncə Yerevanda mətbuat konfransı keçirərək tam ciddiyyətlə bildirib ki, ermənilər yeni ili İsa peyğəmbərin dünyaya gəlməsindən 2500 il əvvəl bayram edirlərmiş, Santa Klausa gəlincə, o da milliyyətcə ermənidir və 280-ci ildə anadan olub. Məşhur erməni aliminin bu bəyanatı qonşularına qarşı təcavüz, öz xalqına qarşı təcrid siyasəti aparan Ermənistan dövlətinin iştahaları və ambisiyaları ilə tam uyğun gəlir. Ermənistana münasibətdə Avropa Şurasının nəvazişkar davranışlarına ayrı bir məntiqə sığan izah və cavab tapa bilmədiyimə görə belə qənaətə gəlmişəm ki, yəqin “Dənizdən dənizədək Ermənistan” nağılına da, onların bu qəbil miflərinə də inanmısınız. Həmin səbəbdən də Ermənistan dövlətinin xətrinə dəymək istəmirsiniz. Belə olmasaydı, yəqin ki, terrorizmi dövlət siyasətinə çevirmiş bu ölkəyə qarşı çoxdan qəti tədbirlər görərdiniz”.

Son olaraq deputat Rafael Hüseynov məruzədə bu problemlərə yer ayrılmamasını hesabatın ciddi kəsiri kimi qiymətləndirib: “2015-ci il başa çatdı. Yeni 2016-cı il gəldi və təəssüf ki, yenə Avropa Şurası Parlament Assambleyası Bürosu və Daimi Komitəsinin inkişaf haqda məruzəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar nailiyyətlərdən xəbər verən və sülh prosesinə töhfə sayılacaq hansısa irəliləyişi ifadə edən bircə cümləyə də rast gəlmədik”. (Azərtac)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Türkiyəni yeni sanksiyalarla hədələdi

Next Post

Təhsil müəssisələrinin maliyyələşməsində – Yeni qaydalar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Təhsil müəssisələrinin maliyyələşməsində - Yeni qaydalar

Azərbaycanda vulkan püskürdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.