Avropa Şurasının Parlament Assambleyasının prezidenti Pedro Aqramuntu bu il fevralın 29-dan marıtn 2-dək Bakıda səfərdə olacaq. AŞPA sədri 29 fevralda “Fairmont” otelində media nümayəndələri və ictimai-siyasi fəallarla görüş keçirəcək.
Bu barədə AŞPA-nın Bakı ofisinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hansı məsələlərin müzakirə olunacağı barədə məlumat yoxdur.




